Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 848 nəfər müalicə olunaraq sağalıb, hazırda 162 aktiv xəstə var. Bu günə qədər 10 096 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 185, bu günə qədər isə ümumilikdə 7 498 844 test icra olunub.
Bizim.Media