Gün ərzində neçə fincan qəhvə içmək olar – Həkim açıqladı

Hazırda oxunan: Gün ərzində neçə fincan qəhvə içmək olar – Həkim açıqladı

11839

Bizim.Media vm.ru- ya istinadən xəbər verir ki, həkim-qastroenteroloq, diyetoloq Nuriyə Dianova bir gündə qəbul oluna bilən qəhvənin təhlükəsiz miqdarından danışıb.

Həkimin sözlərinə görə, qəhvə alışqanlıq yaradır, bu da sinir sisteminə mənfi təsir göstərir. Buna görə gündə iki fincandan çox qəhvə içmək məsləhət görülmür:

"Qastroenterologiya baxımından ideal olan yemək zamanı qəhvə içməkdir. Acqarına içilən qəhvə mədə üçün çox ciddi fəsadlara yol aça bilər. Ona görə də səhərinizi qəhvə ilə başlamayın”.

Ekspert hesab edir ki, bəzi hallarda insanlara kofein deyil, qəhvənin ətri və dadı lazımdır:

“Qəhvənin faydaları da var, amma çox içmək məsləhət deyil.  Qəhvə arasında su istifadə etmək tövsiyə olunur. Ən başlıcası, iki fincan həddi zərər vermir, əksinə daha faydalıdır". 

Həkim qeyd edib ki, hamilə qadınlar və uşaqlar çox qəhvə istehlak etməməlidirlər. Həmçinin o bildirib ki, təzyiqi yuxarı olan xəstələr üçün də qəhvə olmaz.

Əgər vaz keçə bilmirlərsə,  gündə bir fincandan artıq qəbul etməməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin