Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ilkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:53 / 02.02.2023
Paytaxtda ana və qızının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Paytaxtda ana və qızının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Paytaxtda ana və qızının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
117979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.