Uşaqlara peyvənd burun yolu ilə vurulacaq – Mərkəz direktoru

Hazırda oxunan: Uşaqlara peyvənd burun yolu ilə vurulacaq – Mərkəz direktoru

11653

Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qinsburq “Sputnik V” koronavirus peyvəndinin uşaqlarla əlaqəli xüsusiyyətlərini açıqlayıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərkəz direktorunun sözlərinə görə uşaqlar üçün dərmanın tərkibi dəyişməyəcək, sadəcə dozası fərqli olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB peyvəndləmə üçün onlayn növbə yaradıb? – RƏSMİ CAVAB


“Sputnik V”-nin uşaq xüsusiyyətləri müəyyən yaş qruplarına bölünəcək. Peyvəndləmədə əsasən 9-17 yaş kateqoriyasından olan uşaqlar iştirak edəcək.

9 yaşdan aşağı olanların da müvafiq doza alması mümkündür. Yaş qrupundan asılı olaraq dozası fərqli olacaq. Yaş qrupu nə qədər kiçik olarsa, doza da aşağı düşəcək”. 

Mərkəz direktoru əlavə edib ki, peyvəndin burun vasitəsilə də tətbiqi nəzərdə tutulur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin