“Buster doza yetərli deyil, yenə peyvəndə ehtiyac var” - Həkim RƏYİ

Hazırda oxunan: “Buster doza yetərli deyil, yenə peyvəndə ehtiyac var” - Həkim RƏYİ

115838

“İnfluenza” el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Son 2 ayda Azərbaycanda bu qrip geniş yayılıb. 

TƏBİB-in də yaydığı məlumatda bildirilir ki, 2022-2023-cü il qış mövsümündə RSV və COVID-19 virusu ilə yanaşı qripə yoluxmanın da artması nəzərə çarpıb. 

Bəs, qripin belə kütləvi yayılmasının səbəbi nədir?

Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı, bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub. 

Pandemiyada sərt karantin tədbirləri aradan qaldırıldığından sonra isə insanlar “koronavirus davranışlarına” getdikcə daha az diqqət etməyə başlayıblar və bu da mövsümi respirator xəstəliklərin yayılmasını artırıb.

Bəs, bu qripi COVİD-19-la eyniləşdirmək olarmı? 

Tanınmış həkim Valeh Əsədov deyir ki, indi yayılan qripi koronavirusla müqayisə etmək olmaz:

“İldə bir dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü bir mövsüm qripdən qoruya bilirik, amma koronavirusda yeni variantların və ştammların əmələ gəlməsi davam etdiyi üçün bizim coviddən aldığımız buster dozalar hələ ki, yetərli deyil. Hələ ki, biz bunu dörd-altı aydan bir təkrar etməliyik, amma qripdə bu vəziyyət stabildir”.  

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin