“Koronavirus bizə hələ çoxlu sürpizlər hazırlayıb” - EKSPERT

Hazırda oxunan: “Koronavirus bizə hələ çoxlu sürpizlər hazırlayıb” - EKSPERT

11429

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasına görə, COVID-19 insanlara yarasadan keçməyib. 

Virus haqqında kanspiroloji iddialar da irəli sürülür ki, xəstəlik xüsusi şəraitdə yetişdirilib və idarə olunur.

 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı ÜST-dən xəbərdarlıq


Mövzuya aydınlıq gətirmək üçün ekspert Adil Qeybullaya müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında dedi ki, ÜST-ün pandemiya dövrünün sonuna yaxın bu cür bəyanat yaymasının heç bir əhəmiyyəti yoxdur:

“Bu gün biz pandemiya dövründə yaşayırıq. İnfeksiya zoomotikdir, heyvandan insana keçib. “Sars-Cov-2” “Sars-Cov-1”nin anoloqudur. Koronavirus infeksiyası mutasiya edərək xassəsini dəyişən virusdur".

"Biz gələcəkdə yeni-yeni sürpizlərlə qarşılaşacağıq. Ümumilikdə koronavirusun 40-dan çox növü var. Onun 7-si insanda xəstəlik törədir”.

A.Qeybulla əlavə edir ki, “COVID-19”un yarasadan keçmədiyi ilə bağlı  iddiaları ortaya atan subyekt bu faktı sübüt edə bilmirsə, barəsində beynəlxalq hüquq normalarına uyğun tədbirlər görülməldir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin