Azərbaycanda oktyabrın 23 COVİD-19 infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı isə 8 nəfərdir.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 212 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb.
Bizim.Media