Son günlərdə kəskin respirator virus infeksiyalarına yoluxanların sayı durmadan artır. Xəstələr yüksək temperatur, boğaz, qulaq, əzələ ağrısı, burun axması, şiddətli öskürəkdən şikayətlənirlər.
Bununla yanaşı baş ağrısı, qulaqlarda uğultu, tutulma kimi əlamətlərdən əziyyət çəkənlər vəziyyətlərinin bir neçə günə yüngülləşdiyini desələr də təkrar ağırlaşma olduğunu bildirirlər.
Bunun COVID-19 virusunun yeni şatmmı və ya "donuz qripi" olması barədə fikirlər səslənsə də Səhiyyə Nazirliyi bunu təkzib edib.
Bütün bunların fonunda sosial şəbəkə platformalarında gedən müzakirələrdə xəstəxanaların reanimasiya şöbələrində yer çatışmazlığı barədə də fikirlər səsləndirilməkdə davam edir.
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstə sayının çox olmasına baxmayaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrindəki reanimasiya çarpayıları idarə olunur:
"Pasiyentlər həm fərdi, həm də təcili tibbi yardımın həkim briqadası tərəfindən profil üzrə, vəziyyətinin ağırlığına görə tibb müəssisələrinə yerləşdirilir. Bu istiqamətdə xüsusi bir çətinlik müşahidə olunmur".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, onların tabeliyindəki elmi tədqiqat institutlarıdır.
Onlar isə fərqli profilli olduqlarına görə, infeksion xəstəliklərin müalicəsi ilə bağlı xəstələr TƏBİB-ə aiddir. Nazirliyin nəzarətində olan reanimasiya şöbələrində isə hal-hazırda hər hansı yer çatışmazlığı problem yoxdur.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
COP29
15:00 / 10.01.2023
Xəstəxanaların reanimasiya şöbələrində yer çatışmazlığı varmı? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Xəstəxanaların reanimasiya şöbələrində yer çatışmazlığı varmı? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Xəstəxanaların reanimasiya şöbələrində yer çatışmazlığı varmı? - RƏSMİ AÇIQLAMA
113999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.