Koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı ÜST-dən xəbərdarlıq

Hazırda oxunan: Koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı ÜST-dən xəbərdarlıq

11357

Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqda davam edir, bu halda koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

ÜST: "Koronavirusun yoluxma sürəti azalır"


"Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir.

Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır: - ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır", - xəbərdə deyilir.

Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir.

"Britaniya" ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda "Cənubi Afrika" ştammı 44 ölkədə qeydə alınıb.

Bununla yanaşı, 15 ölkə də öz ərazisində "Braziliya/Yaponiya" ştammının aşkarlandığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin