Bayram günləri uşaqlar niyə xəstələnir? – ÜÇ SƏBƏB

Hazırda oxunan: Bayram günləri uşaqlar niyə xəstələnir? – ÜÇ SƏBƏB

111731

Körpə böyüdən hər kəs yaxşı bilir, elə ki bayram yaxınlaşır, uşaqların dərdi-azarı da artır. Elə bir bayram dönəmi yoxdur ki, evində 1 yaşından 12-13 yaşına qədər olan uşaqlar zökəm, eləcə də müxtəlif xəstəliklər tutub valideynlərin ovqatını təlx eləməsin. 

Ekspertlər bunu əsasən iki səbəblə əlqələndirir. 

Birincisi, bizim bayramlar əsasən soyuq və imunitetin sarsıldığı zamanlara təsadüf etdiyindən, belə vaxtlarda virusların tüğyan elədiyi dövr olur. Kütləvi yerlərdə, qonaq ziyarətləri zamanı körpə bədəni də həssas olduğundan virusları tez qapır. Tam da bayram günləri xəstəlik dramları yaşanmağa başlayır.

İkinci səbəb isə həmin günlərdə anaların başı qarışdığından uşaqlar nəzarətsiz qalır, onların geyim-kecim və qidalanma məsələsi bir az arxa plana keçir.

Digər bir səbəbi isə Bizim.Media-ya üçün pediatr Vaqif Qarayev açıqlayıb:

“Bayramdan sonra allergiya ilə bağlı müraciətlər çoxalır”.

Həkim bildirib ki, bayram süfrəsində allergen qidalar çox olduğuna görə, uşaqların qidasına diqqət edilmədikdə allergiyanın kəskinləşməsi müşahidə edilir: 

“Sarı rəngdə olan qidaların bir çoxu allergen məhsullar hesab olunur. Eyni zamanda bal, qoz, fındıq da allergen qidalardır. Düzdür, bu o demək deyil ki, bir uşaqda bütün bunların hamısına allergiya olur, lakin uşaqda hansına allergiya varsa, valideyn diqqətli olmalı, o qidanı uşağa verməməlidir. Təbii ki, bu məhsullar uşaqlar üçün ləzzətlidir. Amma allergiyası olan uşaqların valideynləri onlarda dəqiq hansı qidaların allergiya yaratdığını bilməli və onları bu məhsullarla qidalandırmamağa çalışmalıdırlar. Lakin sanki bayram günlərində valideynlər uşaqlara qıya bilmirlər. Uşaqlara bayram süfrəsindəki allergen məhsullarla qidalanmağa icazə verirlər. Bu da allergiyanın kəskinləşməsinə səbəb olur. Tez-tez kəskinləşən allergiyanın isə müalicəsi çətin olur”.

Həkim, həmçinin bayram süfrəsində yağlı yeməklərin bol olduğunu deyib və  valideynləri bu məsələdə də diqqətli olmağa səsləyib: 

“Bayramda ən çox plov, dolma kimi yağlı yeməklər hazırlanır. Onlar süfrəmizin ən ləzzətli təamlarıdır. Lakin uşaqlarda mədə-bağırsaq problemi varsa, valideynlər bu məsələdə də diqqətli olmalı, az yağlı, yüngül qidalara üstünlük verməlidirlər”. 

Həkim bayramda uşaqların səhhətində problem yaradacaq daha bir təhlükənin bayram qutuları olduğunu söyləyib: 

“Düzdür, uşaqlar üçün bayram qutuları maraqlı olur. Valideynlər də bir çox hallarda buna “yox” demirlər. Bayram qutusu seçərkən həm məhsulların istifadə müddətinin bitmədiyinə, həm də saxlanma şəraitinə düzgün əməl olunub-olunmadığına diqqət etmək lazımdır”. 

Aləmdə Nəsib, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin