Tibbi sığortaya kardioloji, neyrocərrah əməliyyatlar və kompüter tomoqrafiyası daxil edilib

Hazırda oxunan: Tibbi sığortaya kardioloji, neyrocərrah əməliyyatlar və kompüter tomoqrafiyası daxil edilib

10738

“2021- ci ildə 2800-dən çox xidmət təklif edəcəyik”.

Bizim.Media-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlar müalicə üçün özəl klinikalara yönləndiriləcək


Onun sözlərinə görə, bəzi xidmətləri əlavə etdikdə bu say 3000-dən çox olacaq:

“Kardioloji və neyrocərrahi əməliyyatlar bu xidmətlər zərfinə daxil edilib. Həmçinin bura qapalı və açıq ürək əməliyyatları əlavə olunub. 

Kompüter tomoqrafiyası xidmətləri də sığortaya daxildir. Bilirsiniz ki, KT insan sağlamlığı üçün zərərlidir. Bu, ancaq həkim təyinatı əsasında həyata keçirilməlidir.

Vətəndaş xidmətlər zərfində xidmətlərə görə heç bir ödəniş etməyəcək. Sadəcə vətəndaş sığorta haqqını ödəməlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin