Bel ağrısı bir çox fərqli səbəblərdən ortaya çıxır. Hazırkı dövrdə pandemiya ilə bağlı daha çox evdə vaxt keçirməyimiz bel ağrılarına da təsir edir.
Bizim.Media xəbər verir ki, bel ağrısı kəskin, subakut və xroniki olaraq üç kateqoriyaya bölünür.
Kəskin bel ağrısı ümumiyyətlə bir neçə gündən 4 həftəyə, subakut bel ağrısı isə 4- 12 həftə arasında davam edir. Daha uzun müddət davam edən bel ağrısı üçün xroniki bel ağrısı termini istifadə olunur.
Bu ağrıları müəyyən mənada azaltmaq mümkündür. Bunun üçün mütəxəssislər bunları məsləhət görür:
Düzgün duruşunuzu qoruyun
Belinizi zədələnmədən qorumaq üçün, fiziki fəaliyyət zamanı duruşunuzu düzgün saxlamaq vacibdir.
Mümkün qədər əyilməkdən çəkinin və belinizi düz tutmağa çalışın. Qalxarkən və ya nəyisə qaldırarkən belinizdə deyil, dizlərinizlə əyilib-qalxın.
Düzgün oturun
Düzgün oturşunuzla da bel ağrısının qarşısını ala bilərsiniz.
Əgər işiniz masa arxasında oturmağı tələb edirsə ayaqlarınızı yerə qoyun və bel dəstəyi verən bir stuldan istifadə edin. Kompüterinizin ekranını görmək üçün önə əyilməkdən çəkinin.
Buz və istidən istifadə
Əgər belinizi zədələnmisinizsə, sonrakı ilk 24-72 saat ərzində buz tətbiq etmək ağrıları və şişkinliyi azaltmağa kömək edə bilər.
Bundan sonra isə sıx əzələlərin rahatlamasına kömək etmək üçün istiyə keçin. İstilik, kəskin bir zədə ilə əlaqəli olmayan xroniki bel ağrısı üçün də faydalıdır. İstilikdən və ya buzdan hər dəfə 20 dəqiqədən çox istifadə etməməyiniz məsləhətdir. Əks halda dəri zədələnə bilər.
Düzgün ayaqqabı seçimi
Etdiyiniz fəaliyyətə uyğun ayaqqabı geyindiyinizə əmin olun (qaçış və ya idman üçün ayaqqabı və s.).
Hündürdaban ayaqqabı nadir hallarda geyinilərsə beldə problem yaratma ehtimalı yoxdur, tez-tez geyinmək isə belinizə daha çox təzyiq göstərə bilər.
Keyfiyyətli bir yataq
Bel ağrısı olanlar sərt bir yataqda yatmaqdan faydalanırlar. Bununla birlikdə, seçdiyiniz yuxu pozisiyası yataq seçiminizə təsir etməlidir. Yan tərəf üstündə yatanlar yumşaq bir yataq seçməlidirlər.
Arxası və ya üzüüstə yatanlar isə daha sərt yataq seçimi etməlidirlər. Bel ağrını varsa üzüüstə yatmaqdan çəkinməlisiniz.
Tütün məhsullarından istifadə etməyin.
Tütün istifadəsi bir çox xəstəliyə səbəb olduğu kimi, disklərdəki qan axını və oksigeni qısıtlayır.
Bizim.Media
- A-
- A
- A+
COP29
05:25 / 03.02.2021
Bel ağrılarını azaldacaq məsləhətlər
Hazırda oxunan: Bel ağrılarını azaldacaq məsləhətlər
Hazırda oxunan: Bel ağrılarını azaldacaq məsləhətlər
10582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.