COVID xofunun dünyada formal saxlanması nəyə XİDMƏT EDİR? - SƏBƏB

Hazırda oxunan: COVID xofunun dünyada formal saxlanması nəyə XİDMƏT EDİR? - SƏBƏB

105524

Koronavirusa yoluxma sayı artıq dünya üzrə azalmaqdadır. Azərbaycanda da son günlər yoluxma sayı ikirəqəmliyə düşüb. Pandemiya artıq bitmiş hesab olunsa da xüsusi karantin rejiminin müddəti artmaqda davam edir, bəzi qadağalar qüvvədə saxlanılır və gündəlik koronavirusa yoluxma, ölüm barədə məlumatlar açıqlanır. Bir sözlə dünyada hələ də COVID xofu qalır. 

Mütəxəssislər isə COVID xofunun formal olaraq saxlandığını bəyan edirlər. 

Maraqlıdır, COVID xofunun dünyada formal saxlanması nəyə xidmət edir?

Tibb üzrə ekspert, radioloq Aydın Əliyev Bizim.Media-ya açıqlamasında Azərbaycanda pandemiyanın bitdiyini vurğulayıb:

“Virus dəfələrlə mutasiyaya uğrayıb və öldürücülük qabiliyyəti sıfırlanıb. Ağır xəstəlik törətmə qabiliyyəti də sıfıra yaxınlaşıb. Yəni mövsümi kəskin respirator virus kimi keçirilir. Ölüm qorxusu yoxdur. Kifayət qədər insan peyvəndlənib, əhalinin üçdə biri yoluxub sağalıb və təbii immunitet əldə edilib. Ona görə də Azərbaycanda bunun heş bir qorxusu yoxdur. Oxşar vəziyyət həm də dünya ölkələrindədir. Nəyə görə pandemiyanı bitmiş saymırlar. Doğrusu mənə də müəmmalıdır. Çox güman ki, bunun siyasi və iqtisadi tərəfləri var”, - deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin