Az qala hər gün düyü, plov yeyən insanlar səhhətində problemlərlə üzləşə bilər.
Bizim.Media xəbər verir ki, dietoloq Aleksey Kovalkov Asiya xalqlarının hər gün düyü yeməsini əsas gətirərək Avropa və digər xalqların bu qarnirə keçməsini düzgün seçim hesab etmir:
"Çin və yaponlar uşaqlıqdan gündəlik düyü yeməyə alışıb, Avropalının mədəsi isə kartof, makaron, qarabaşağa alışıb. Keçmiş SSRİ ərazisində düyü nadir halda, bayramlarda bişilərdi. Son zamanlar digər xalqlara baxıb və düyünün ucuz və əlçatan olmasından istifadə edərək, insanlar gündəlik düyü yeyərək, sonra özlərini piss hiss edir”.
Kovalkov düyünün orqanizmdə nələr yaratdığını izləmək üçün belə eksperiment aparıb:
Düyünün üzərinə su alıb, sonra ona bir neçə damcı yod damızdırıb. Yod nişasta ilə reaksiyaya girərək, suyu qara rəngə boyayıb.
Eyni reaksiya insan bədənində də gedir. Nişasta qlükozaya çevrilir, nəticədə qanda şəkər qalxır. Bu qida insulin dirənçini artırır, insulin dirənçi olanlar isə düyüdən sonra özlərini pis hiss edir. Odur ki, aktiv və sağlam insanlar düyünü ayda 3-5 dəfə yeyə biər, xəstəliyi olanlar isə nadir halda yeməlidir",-deyə dietoloq bildirib. (Medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
07:29 / 23.10.2022
Çox düyü yeyənləri hansı təhlükə gözləyir? - Yodla eksperiment
Hazırda oxunan: Çox düyü yeyənləri hansı təhlükə gözləyir? - Yodla eksperiment
Hazırda oxunan: Çox düyü yeyənləri hansı təhlükə gözləyir? - Yodla eksperiment
100692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.