Oktyabr şeiri - Müəllimlər gününə

Hazırda oxunan: Oktyabr şeiri - Müəllimlər gününə

98749
Moderator.az Emin Akifin yeni şeirini təqdim edir.

Bu gün yerə bulud-bulud  qəm töküldü,
Körpə kimi yanıq-yanıq , qığıldadı.
İldırımlar arvad kimi öz ərinə
Hey deyindi dayanmadan dığıldadı.

Günəş küsdü , boş cibimiz küsən kimi
Yer üzündən , göy üzünə döndü sifət.
Külək əsdi , körpəmizin sözləritək
"Ata mənə nə almısan ", gülə-gülə
əllərimin boşluğunda söndü sifət.

Çətir açdım , bir ər kimi dırhadırdan
qaça-qaça ,
xəcalətə düşə-düşə.
Vicdanımla söhbətləşdim masalarda
Gecə-gündüz ,
qədəh-qədəh ,
şüşə-şüşə.

Xəzan gözlüm , yarpaq-yarpaq sızıldadı,
Ömür  boyu heç vaxt belə solmamışdı.
Çox payızlar hönkür-hönkür doldu , getdi
Heç vaxt belə oktyabr olmamışdı.

Müəllimin qazancıtək əldən düşsəm
Lal olaram ,
danışmaram oktyabr.
Fevral  gəlsə, xəzan gözlüm gəl deməsə
Mən səninlə
barışmaram oktyabr.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin