Bir gülüstandır şair qəlbi,qoyma dönsün xəzələ...

Hazırda oxunan: Bir gülüstandır şair qəlbi,qoyma dönsün xəzələ...

96283


















Şair, səni bir az üzgün,
Bir az yorğun gördüm.
Adamlar yemək, içmək,
yüz il yaşamaq həvəsində,
səni hər yerdə,
ölümlə yan-yana gördüm.

Əlli beş yaş nədir ki,
əl qoyubsan özünə,
Getməyə gəlmişiksə,
gərək, dik baxaq,
bizi haqqa səsləyən
ölümün gözünə.

Gec, ya tez alacaq,
bizi, bizdən ölüm,
Dərdlə qucaqlaşan
dərviş babasan,
için özünü yandırır,
özgəsini, çölün.

Kəşkülün əldə,
xirqən çiynində,
hələ, gör nə qədər
varılası yollar var,
Ölümə,”x9d xoş gəldin”x9d,
deyən, şairin,
dilindən qopmamış
gül qoxulu sözünə
 hələ, nə qədər
sarılası qollar var.

Sarılası qollar var
sözdən hörük vurub,
bəzədiyin ölüm adlı gözələ,
Bir gülüstandır şair qəlbi,
qoyma dönsün xəzələ.

Tələsmə ölməyə,
könül açan nəğmələr,
ruhu oxşayan,
türkülər söylə,
Qoyma, yer adamı
ayrı düşsün
mavi gözlü göylə...

Nurəddin İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin