ADİLƏ NƏZƏROVA
Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində
dünyaya gəlib.
1 elmi əsərin, 4 şeirlər kitabının, 25 elmi məqalənin
müəllifidir.
AR Təhsil Problemləri İnstitutunun böyük elmi
işçisi,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantıdır.
* * *
Bir dərd evim vardır ”“ sakini tək mən,
Küləklər sovurar, açar qapımı...
Hər gecə bir şeir enər qeybdən,
Döyər
pas bağlayan naçar qapımı...
ÜSYANIM
VAR
Mən
Allahın yorğun səsindən var olmadım ki...
Niyə
yalanlarla uyudub,
günahlarla
kəfənlədilər məni?
Ayıq
düşüncələrimin səsini
yuxulu
hadisələrlə batırdılar...
Səadətin
bir addımlığında üzüntülər sıxdı əlimi.
İtgin
azadlığımı axtarıb tapmaq,
darixan
qalibiyyətimi öpmək üçün
çırpındım
hər yerdə.
Qurd
oldum dağda, dərədə...
Mən
Allahın yorğun səsindən var olmadım ki...
Bəs niyə
addımlarını sürüklənən yolçu oldum?!..
Qıyılan
gözlərim sürgün talelər ölkəsidir -
qorxuram
gözlərimdən...
Gündüzlər
yalanların doğru baxışından,
gecələr
sözlərin hücumundan qorxuram.
Ovcumda
sıxdığım duyunlər
qan
çiçəkləri tək süzülür barmaqlarımın arasından...
Ey
parlayan kabuslar!
Siz
dünyanın təntənəsindən,
mən
Allahın yorgün səsindən var olmadım ki...
NƏ VAR
Əzizim elə
belə,
Söz gəzir
dildən-dilə.
Biz yaz
düşdük müşkülə,
Payızdı, bağda
nə var?...
Nadanın yol əlində,
Yalanı bol - əlində.
Yığdığı sol əlində,
Nə bilir sağda nə var?
Bayatın tutdu məni,
Yaman oynatdı məni.
Dərinə atdı məni ”“
Qaragün, ağda nə var?...
Əzizinəm, ha dindir,
Eşq imandır, həm dindir.
Qələm ol, qəlbi dindir ”“
Gör ki varaqda nə var”¦
MƏHƏBBƏT ŞEİRİ
Qələm qırıb qəfəsini,
Yazır məhəbbət şeiri.
Bu axşam tər nəfəsilə
Yazır məhəbbət şeiri.
Dünya-aləm sevgi dolu,
Açılıb könlümün yolu.
Dil-dil ötən bir bülbülü
Yazır, məhəbbət şeiri.
Qəlbim oda yanır hərgün,
Gözlərim yoluna sürgün.
Əlim nə soyuq, nə yorğun,
Yazır məhəbbət şeiri.
Övunubdu ahın özü,
Yada düşüb Şahın özü,
Göydə də Allahın özü
Yazır məhəbbət şeiri.
DARIXDIM
Mənə bir nəğmə oxu ”“ darıxdım...
Qurtar məni sıxıntıdan,
dünən getdiyim yoldayam hələ də...
karıxdım...
Keçmişimdən ”“
bir gənc qızın yetim səsindən,
bir nəğmə oxu ”“
lap ahəstəsindən...
Mənə bir nəğmə oxu ”“ darıxdım...
Göy üzündən,
dəniz mavisindən,
bu dünyanın soyuğundan, istisindən...
Bu günümdən ”“
gücsüzlüyümdən,
ümidsizliyimdən sabaha baxdım...
Mənə bir nəğmə oxu ”“ darıxdım...
Od yanır sinəm altında ”“
qar ol, yağ, bir az üşüt.
Donuram, Günəş ol,
bir az isit...
Bulud oldum,
doldum gözlərinə neçə ildir,
axdım, axdım...
Mənə bir nəğmə oxu ”“ darıxdım...
QORXUDUR
Çox qulun haqqını yeyən,
Vicdan nədir heç bilməyən...
Sənə tamahkarsan deyən,
Məni günahla qorxudur.
Xəbis niyyətin sezdirən,
Haqlını candan bezdirən,
Qoltuqda kələk gəzdirən,
Məni sabahla qorxudur.
İslam deyib özün didən,
Masona satqınlıq edən,
Siyasətə qurban gedən
Məni Allahla qorxudur.
YAŞA BU DUNYADA
Adəmoğlu, olma naşı,
Yaman olur aqlın caşı...
Yamanlığa at ki daşı ”“
Yaxşılıq səndən olmasın.
Sən də milyonlardan biri,
Kim xeyirdən donub geri?
Elə davran, elə yeri,
Dost-tanış gozdən salmasın.
Omur bir dəftərdir ada,
Atma oda, vermə bada.
Elə yaşa bu dunyada,
Bir vərəqin ağ qalmasın.
NALƏM YARDAN ÖTRÜDÜR
Axar sular şəffaf idi, duruydu,
Bircə ovuc içim dedim,- qurudu.
Mən Eşq xəstəsiyəm, -desəm yeridi,
Sağalmaq istəyim sovuşdur, Allah!
Görən kim qarğıyıb, nədir günahım?
İçimi dağlayır sədasız ahım.
Özümdən uzaqda yoxdur pənahım,
Özümə özümü yovuşdur, Allah!...
Sarılmaram Səndən ayrı yarağa,,
Şeir-şeir əriyirəm varağa,
Ölənədək salma Eşqdən irağa,
Toralsa gözlərim,- ovuşdur, Allah!
Məni şair edən Sevgi ətridir,
Başıma tutduğum həsrət çətridir,
Adiləyəm, naləm Yardan ötrüdür,
Məni öz yarıma qovuşdur, Allah!



































































































