“Erməni arvad günahını boynuna aldı...”x9d

Hazırda oxunan: “Erməni arvad günahını boynuna aldı...”x9d

84437
“Milis hekayələri”x9d layihəsində
xa0
Kriminal ünsürlərin görüş yeri
xa0
Tofiq Mamedovun bu əhvalatı maraqlı olduğu qədər də məzəlidir. İstər-istəməz adamın dodağı qaçır. Bu hadisə onun cavanlıq dövrünə təsadüf edir. “Leytenant rütbəsini təzə almışdım və Moskvanın Ximki qəsəbəsində sahə müvəkkili işləyirdim”x9d, - deyir. Başımda hələ bir ağ tük olmadığı kimi, xidməti siyahımda da açılmış bir ciddi cinayət işi yox idi. Təbii ki, fərqlənməyə çalışırdım, gecəni gündüzə qatmışdım. Amma bizlərdə deyildiyi kimi, axtarmaqla deyil, gərək Allah işini rast gətirsin. Belə də oldu. Bizim İdarənin Narkotiklərlə Mübarizə Şöbəsinə qəsəbəyə külli miqdarda narkotik vasitə olan heroinin gətirilməsi barədə əməliyyat məlumatı daxil oldu. Narkotikin pulla mübadiləsi mənim ərazimdə həyata keçirilməli və həm də mənim xidməti siyahımı zənginləşdirməli idi. Hər halda mən belə düşünürdüm.
xa0
İşin tərsliyindən əməliyyat məlumatı şöbəyə çox gec çatdırılmışdı və əməliyyatı hazırlamağa yalnız bir neçə saat vaxt vardı. Bununla belə, operativ tədbirlər görüldü və əməliyyat qrupu 20 dəqiqə əvvəl hadisə yerində, qəsəbənin kənarında yerləşən ictimai tualetlərin birinin yaxınlığında idi. Amma burada mətləbdən bir balaca uzaqlaşmaq və hadisə yeri haqda ətraflı məlumat vermək lazımdır...
xa0
Düşünürəm ki, sovet kriminalistikasında “ictimai tualetlər”x9din rolu diqqətlə öyrənilməlidir. Bunlar xarici valyutadan xarici aparaturaya qədər hər şeyin qadağan olunduğu sovet dövründə tamam başqa məqsədlər üçün istifadə edilirdi. Ancaq tamamilə məlumatsız adam hesab edə bilər ki, Moskvada pulsuz ictimai tualetlər yalnız təbii ehtiyacları ödəmək üçündür. Məlum olduğu kimi, təbii ehtiyacları ödəmək üçün təbiət var, Moskvada da bu cəhətdən bolluqdur. İctimai tualetlər isə daha ciddi məqsədlər üçün istifadə olunurdu. Paytaxtda həyata keçirilən qanunsuz silah, narkotik, ikona, valyuta alverinin yarıdan çoxu məhz bu ictimai “yerlər”x9ddə həyata keçirilirdi. Hətta bəzən daha ciddi işlər - qətl sifarişçilərinin killerlərlə görüşləri, xarici ölkə agentlərinin vətən xainləri ilə alveri məhz burada baş tuturdu. Buralar bütün qeyri-ciddi işlər - alkoqoliklərin içki məclisi, bomjların gecələməsi, “sevgililər”x9din görüşməsi və s. üçün də çox münasib hesab olunurdu. Sonralar mən Moskvanın özündə işləyəndə bunun bir daha şahidi oldum. Birini qoyub, birini deyirəm. Əgər istəsən, 7-8 il qabağa qaçıb Moskva dövründən ictimai tualetlə əlaqədar sənə qəribə bir əhvalat da danışa bilərəm. Amma burda kriminaldan çox pornoqrafiya var”¦
xa0
Dostum bir anlıq taym-aut götürür, baxışları ilə sualı mənə ötürür. “Danış, danış”x9d, - deyirəm, “18 yaşını çoxdan keçmişik”x9d.
xa0
- Deməli, Moskvada, o vaxtkı Jdanov rayonunda əməliyyat müvəkkili işləyirdim, artıq peşəkar əməliyyatçı idim. 80-ci illərin axırları, İttifaqın laxlamağa başladığı dövrlər idi. Bizim inzibati ərazi Moskvanın kənarına ”“ o vaxtkı Jdanov metrosu ətrafına düşürdü. Burda bir neçə meşə park vardı və kriminal ünsürlər, fahişələr, evsiz-eşiksizlər yazdan payıza kimi buralarda yığışardı. Qeyd edim ki, Moskvada fahişəlik de-yure qeyri-leqal olsa da, de-fakto həmişə leqal olub. Yəni burda bu məsələyə şikayət olmasa, milis də ciddi baxmırdı, işimiz onsuz da, başımızdan aşırdı. Elitar fahişələr, adətən, axşamüstü kafelərə, restoranlara yığışır, burda müştəri axtarırdılar. Qiymətdə və sir-sifətdə bir az aşağı olanlar yol kənarına çıxır, avtomobil gözləyirdilər. Yaşı keçənlər və artıq işi keçməyənlər isə parklara çıxır, burda var-gəl edirdilər. Jdanovun adını daşıyan univermaqdan aşağıda, şəhərin lap qurtaracağında bir meşə-park vardı, qədim peşənin nümayəndələri bura daha çox yığışardı. Onda mən hələ ev almamışdım, həmin parkın yaxınlığında, yeni salınmış kvartalda yataqxanada qalırdım. Hər gün işə gedib gələndə yolumu burdan salırdım. Yaşı qırxı keçmiş olanlar, “bismillah”x9d deməmiş üzünə baxmaq olmayanlar adamın gözünə girirdi. Cüt-cüt gəzişir, müştəri gözləyirdilər.
xa0
Parkın ətrafında “taksovatlıq”x9d edən uşaqların çoxu tanış idi. Lisenziyasız işləyəni, vergidən yayınanları vardı, amma bizimlə əməkdaşlıq edirdilər. Odur ki, işləməyə imkan yaradırdıq, reketdən qoruyurduq. Bizə yaxın olanlardan reket uzaq qaçırdı. Belələrindən biri parkın kənarında “park”x9d edib müştəri gözləyirdi. Məni görən kimi üstümə gəldi, ”x9dnaçalnik, kak dela?”x9d, - dedi. Dedim “dela kak saja bela”x9d, sizin kefiniz kökdür, parkdan saunaya, saunadan parka işləyirsiz. Biz isə səhərdən axşama, axşamdan səhərə işdəyik, sizin təhlükəsizliyinizin keşiyindəyik. “Dostum”x9d daşı hara atdığımı başa düşdü, “naçalnik, hardadı bizdə o bəxt?”x9d, - dedi. Siz bura yığışan “maçalkalar”x9da baxmayın, bunlar saunaya, “kvartira”x9dya gedən, taksiyə minən deyillər, bunlar “tez-bazar”x9ddırlar. Təzə söz eşidirdim, soruşdum “tez-bazar”x9d (rusca “v skoruyu ruku”x9d) nədir? Dedi, bu yaxında “mujskoy-jenski”x9d tualetlər var ha, ora baxan erməni xadimənin ixtirasıdır.xa0
xa0
Bir sözlə, gördüm “dostum”x9d sözlü adama oxşayır, keçib oturdum “Oiquli”x9dyə, dedim, məni apar işə, həm də “tez-bazar”x9d söhbəti edərik. Yolda sürücü hər şeyi danışdı ”“ açdı sandığı, tökdü pambığı. Sən demə, tualetlərə baxan qoca erməni arvadı əməlli-başlı “Mama Roza”x9dlıq edirmiş. Həmin “kişi”x9d, “qadın”x9d tualetləri parkın kənarında, qarşı-qarşıya yerləşmişdi. Daha dəqiqi, onların girişləri üzbəüz idi. Girişdən 2 metr pilləkənlə düşürdün, sağa dönürdün. Aşağıda, bu girişlərin qurtardığı yerdə xadimənin kiçik, ikinin bir yarıma otağı vardı. Bura oturub dincəlmək üçün bir taburetka qoymuşdu, həm də “şvabra”x9dsını, vedrəsini saxlayırdı. Bu otağın həm kişi, həm qadın tualetinə çıxışı vardı, xadimə qadın bu otaqdan hər iki tərəfə çıxıb, tualetləri yığışdırırdı. Erməni arvadı da təzə idi, bir-iki ay idi ki, xadimə işləyirdi. Amma bura gələn kimi, otağın iki tualetin arasında, “uğurlu”x9d yerləşməsi “qoca afiristka”x9dnın (taksi sürücüsünün sözüdür) diqqətini dərhal cəlb edir. Parkda fırlanan “maçalkalar”x9dla danışır, onlarda 10 rubl (indiki kursla maksimum 1 dollar) almaqla, otağına buraxır. Deməli, qadın tualetə bir tərəfdən girir, kişi o biri tərəfdən düşür, otaqda işlərini “tez-bazar”x9d görüb çıxırlar. Fahişələr “xozyayka”x9dnın pulunu müştəridən aldıqlarından, müştərilər də taksiyə, mənzilə pul vermədiklərindən və vaxt itirmədiklərindən razı qalır. Burda ziyana düşən tərəf “sauna”x9dya, “kvartira”x9dya işləyən taksi sürücüləri olur. Məni işə kimi gətirən taksi sürücüsü də yəqin ki, bu səbəbdən bunları mənə danışırdı.
xa0
Dostum deyir, bu, əməlli-başlı əməliyyat məlumatı idi və məsələni dərhal şöbə rəisinə məruzə etdim. Təcili sahə müvəkkilini və şöbənin təzə (tanınmasın deyə) əməkdaşlarından birini götürüb hadisə yerinə yollandım. Təzə əməkdaş müştəri roluna girdi, sürücünün dediyi “tez-bazar”x9d əməliyyatını həyata keçirdi. Amma sona yetirmədi, əvəzində hər ikisini (erməni arvadı və “maçalka”x9dnı) tutub şöbəyə gətirdik. İkincini ictimai qaydanı pozduğuna görə cərimələyib buraxdıq, birincini rəisin yanına qaldırdıq. Rəis erməni arvadı ”“ 70 yaşı olardı ”“ sorğu-suala tutdu. “Mama Roza”x9d əvvəl hər şeyi dandı, qışqırıb-bağırmağa başladı, sonra boynuna aldı, ağladı. İş məhkəməyə getsə, günahı sübuta yetsə, bir neçə il iş alacağını eşidəndə isə rəngi ağardı, stuldan yıxıldı. Deyəsən, özündən getməyi artistlik deyildi, çünki üzünə su vurub, güclə ayıltdıq. Bu hadisədən bir neçə gün sonra mən Ramenskə “perevod”x9d aldım, erməni xadimənin taleyi ilə daha maraqlanmadım...
xa0
Dostum bir siqaret çıxarıb yandırır, nəhayət mətləb üstünə qayıdır:
xa0
- Bir sözlə, sovet dövründə ictimai tualetlər kriminal ünsürlərin görüş yeri idi. Amma əvvəl danışdığım, “narkotik əməliyyatı”x9dnın keçirilməsi üçün çox namünasib yerdə idi. Yəqin ki, kriminal ünsürlər də buna görə buranı seçmişdilər.Yaşayış evlərindən aralı yerləşirdi, küçəyə yaxın olduğundan gizlənməyə yer yox idi, tez-tez müxtəlif adamlar gəlib keçirdi və s. İçəridən müşahidə aparmaq üçün əməliyyatçılardan biri birtəhər ventilyasiya şaxtasına girdi, amma bura çox darısqal idi və o, hətta tərpənə bilmirdi. Biz ratsiyanı ona verdik, cinayətkarlarla üz-üzə gəlməmək üçün cəld bayıra çıxdıq. İşin tərsliyindən bu zaman orta yaşlı, hündür boylu, saqqallı bir kişi içəri keçdi. Onu geri qaytarmaq imkanımız yox idi, “qonaqlar”x9d hər an gələ bilərdilər.
xa0
İçəridə şaxtada gizlənən əməliyyatçı isə bu qara paltarlı, saçlı-saqqallı kişinin keşiş olduğunu hiss edir və onu geri qaytarmaq üçün orijinal üsuldan istifadə edir. Zorla tərpətdiyi əllərini ağzına yaxınlaşdırır, barmaqlarını turba kimi qatlayıb dəhşətli səslə bağırır: “Ey Allahın günahkar bəndəsi, tez burdan get və daha bir günaha batmaqdan özünü xilas et!”x9d Ətrafda heç kimi görməyən keşiş bərk qorxur, xaç çəkir, “Natəmiz yerdə natəmiz ruhlar olar”x9d, - deyib çıxış qapısına doğru cumur. Bu zaman qapıdan içəri girən əli çantalı cinayətkarla toqquşur. Bu, keşişin əsəbləri üçün artıq olur və o, daha çox qorxudan narkodilerin başına yumruqla ağır bir zərbə endirir. Belə bir hücumu gözləməyən cinayətkar yerə yıxılır, çantasını itirir və ilan vurmuş kimi bayıra tullanır. Burda onunla görüşə gələn və çantada pul gətirən həmkarı ilə üz-üzə gəlir. Onlar bir-birilərini sözsüz başa düşürlər və ayaqlarına güc verirlər. Milis də təbii ki, onları təqib edir və daha yaxşı idman formasında olduğunu sübut edir. Arada keşişə də bir-ikisi dəyir və o, hər iki cinayətkarla birlikdə idarəyə gətirilir.
xa0
Mamedov deyir ki, narkodilerlərin məsələsi tez bir zamanda həll olundu, müvafiq cinayət işi açıldı. Keşişə isə əvvəl fəal vətəndaş mövqeyinə ”“ milisə kömək etdiyinə görə təşəkkür etdik, sonra isə üzr istədik. Nə qədər qəribə olsa da, o, bizdən qətiyyən incimədi və “Allahdan başqa hamı səhv edir”x9d, - deyib, xaç çəkə-çəkə getdi.(axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin