Məncə, sözün doğulduğu məkan var, sərhəddi yoxdu. Yəni söz, bizim (təyin etdiyimiz) müəyyənləşdirdiyimiz sərhəd qanunlarını tanımır, onlara tabe olmaq istəmir. Bəlkə də bizlik olsaydı, sözü də “çərçivə qanunları”x9dmıza tabe edərdik. Onun da qolunu-qanadını qandallayıb istəklərimizin, iddialarımızın əsirinə çevirərdik.. Nə isə... Burada söz barədə uzun-uzadı nağıl-zad danışmaq fikrindən uzağam, əsas məqsədim başqadı...xa0
xa0 xa0 xa0
Bu gün başqa bir mətləbə toxunacam: sərhəd tanımayan sözün səsi bizim yaratdığımız “daxili nizam-intizam qaydaları”x9dnı pozub əyalətdən paytaxta yetişə bilirmi?! Bəri başdan deyim ki, normal ədəbi nümunələrin, yaxşı əsərlərin yaranması üçün ədəbi mühitin rolu danılmazdır. Müasir dövrümüzdə isə yaradıcı insanların "paytaxt-əyalət problemləri"nin olmadığı qənaətindəyəm. Fikrimin geniş izahına ehtiyac duymadan, bölgələrimizdə yaşayan söz adamlarının-"əyalət şairləri"nin bu məsələ ilə bağlı düşündüklərini sizin ixtiyarınıza verirəm.
xa0 xa0xa0
-"Əyalət şairi”x9d ifadəsi ilə razısınızmı, ümumiyyətlə, bu yanaşmaya münasibətiniz necədir?
xa0 xa0

xa0Əlövsət Saldaş, şair (Kəlbəcər-Şamaxı):
xa0 xa0
-“Əyalət şairi", bu məfhum nə vaxtdan işlədilir, ədəbi ictimaiyyət necə qəbul edir, onu bilmirəm... Bildiyim odur ki, harada yaşamasından asılı olmayaraq, şair ünvanına yaraşmayan təhqiramiz ifadədir. Bu gün ədəbiyyatımızın, bədii sözümüzün yükünü çiyinlərində şərəflə daşıyam yazarlarımızın, şairlərimizin böyük əksəriyyəti əyalətlərdən pərvazlanmış, böyük əbəbi mühitə qoşularaq bu günkü ədəbiyyatımızın mükəmməl nümunələrini yaratmışlar. Bütün zamanlarda zəif, orta, güclü təb-qələm sahibləri olmuşdur, bu gün də var və olacaq. Şair doğulduğu, yaşadığı məkanla deyil, yaratdığı əsərlə tanınır və sevilir. Qəribə bir məntiq yaranır: deməli, böyük şair olmaq üçün mütləq iri şəhərlərdə yaşamaq lazımdır...Onu da danmaq olmaz ki, böyük ədəbi mühit istedadın daha geniş tanınmasına, parlamasına şərait yaradır.
Məmməd Qədir, şair (Xaçmaz):

-Əslində əyalət şairi ifadəsi bu gün yaranmayıb. Böyük şəhərlər həmişə ədəbi, iqtisadi və mədəni mərkəzlərə çevrilib. Təbii ki, insanlar infrastrukturun daha yaxşı qurulduğu mərkəzlərə üz tutublar. Mərkəzlərdə ədəbi mühit daha geniş miqyasda inkişaf edir. Lakin bütün bunlar o anlama gəlməməlidir ki, əyalətdə yaşayan şairlər səviyyə cəhətdən geridə qalır. Adi statistikanı sadalamağa ehtiyac görmürəm. Mənim fikrimcə, “Əyalət şairi" ifadəsi yox, "əyalətdə yaşayan şair" demək daha düzgündür. Necə ki, əyalət həkimi, əyalət alimi, əyalət rəssamı ifadələri işlədilmir..xa0

xa0 xa0xa0
xa0Şairə Şəfa Vəliyevanın (Gəncə) fikrincə isə kiçik bir kənddə doğulub böyük söz sahibi olan, ədəbiyyata töhfələr verən şairlər, yazıçılar olub. “Əyalət şairi”x9d ifadəsi ilə razlaşmayan şairə xanım, şeirin ümumbəşəri bir hiss, duyğu olduğu qənaətindədi:xa0
"Bu ifadəylə razı deyiləm. Şairlər, şeirlər ümumbəşəri duyğuların bədii ifadəsi sayılır. Necə kiçik bir kənddə yaşayan şairə " kənd şairi " demək olar?".

Gənc şair Gündüz Sevindik (Ağcabədi) belə düşünür ki, əsl poeziyanın, musiqinin dili, eləcə də bu sənəti yaradan müəlliflərin məkanı, şəhəri, kəndi olmaz: "Dəyərli qələm sahibi, ədəbiyyatda mövqeyi olan, istər ictimai, istərsə də bəşəri yüklü dərdi, problemi öz əsərlərində "ağlayan" bir yazarın adının yanına "əyalət yazarı" və ya "paytaxt yazarı" sözünü necə qoşmaq olar? İnanın ki, paytaxtda yazanları həmişə elə əyalətdə yaşayan şairlər "idarə ediblər", daim məsləhət alıblar onlardan. Bunu kimsə dana bilməz. İndi bizim əyalətdə Xəzər dənizimiz, Sahil parkımız, Qız Qalamız, İçərişəhərimiz, möhtəşəm uca binalarımız yoxdur deyə, biz buna günahkarıqmı? Bu xırda bir məsələ olduğuna görə, ədəbiyyat üçün heç bir problem də yarada bilməz. Necə ki, yarada da bilmir. Kənddə-kəsəkdə yaşayan elə şairlər tanıyıram ki, 16 yaşında "Dünya, tanklar ayağına ilişər, Qaldırın dünyanı çiyinlərimə", deyə bilir. Doğurdanmı bunu paytaxtda yaşayan istənilən istedadlı qələm sahibi deyə bilər? Bu əyalət və paytaxt yazarlarının deyil - çağdaş Azərbaycan ədəbiyyatının qələbəsidir”x9d
xa0 xa0 xa0 xa0xa0
Namiq Dəlidağlı



























































































