ƏSGƏR MARŞI
Baxın, baxın yaxşı baxın!
Düşmən yuxusuna haram qatsın, haram
Güclənirik aram, aram....
Deyirlər dərdimə dərman tapılıb,
Daha sağalacaq qan tökən yaram...
Daha qəmə batıb, hissə qapılıb,
Analar xəyala dalmayacaqdı,
Qisasım qiyamətə qalmayacaqdı,
Vermərəm yağıya bir nəfəs aram!
Nə qədər ordumda mən əsgər varam!
Mənə silah verin, mənə od verin,
Uçum qanadlanım, bir qanad verin,
Gülləm qurtararsa, süngümü taxın,
Düşmənin bağrını yandırıb-yaxım!
Nə qədər tapdanır torpaqda haram,
Qılıncı qınına qəti qoymaram!
Nə sevgilim ağlasın, nə də ki, anam,
Mən yandıranam, deyiləm yanan,
Qisasım aşkardır, kimdir ki, danan?
Ya şəhid olaram, ya da kı, qazı,
Təki Vətən məndən qoy olsun razı!
Hüseyn MİRZƏ....xa0
25.03.2015


































































































