Ünlü şair Mirsəyyaf Zamanlı Moderator.az oxucularına çapa hazırlanan kitabından bəzi seçmələrini ərməğan edib. Məmnuniyyətlə onu təqdim edirik:
"Sabir millətə xidmətinin mükafatını vicdanından alırdı"
(Abbas Səhhət)
Itirən itirənindi bu dünyada
Kimi atın itirir,xa0
Kimi itin itirir
Kimi ağılın
Kimsə oğlun,
Uşaq nağılın itirir...
Biri qoyun, biri oyun itirir
Anasını itirən, danasını itirən,
Hələ mən xalasını, sonasını demirəm.xa0
Duvağını, tavağını,
Təhnəsini, səhnəsini
İtirənlər bir yana...
Koftasını, yubkasını,xa0
Yaxasını, çuxasını
Itirən var dünyada!
Itirən itirənindi dünyada!
Atasını, butasını itirən,
Yollarını, parasını itirən!
Varını itirəni,xa0
Arını itirəni görmüşəm!
Adam var ki, baxtını,
Adam var ki, taxtını,
Şərəfini, şöhrətini
İtirən var dünyada!
Bax bu itən varlıqlar
Axtarışa verilir...
Çoxunu polis tapır
Tapılan hər nə varsa,xa0
Sahibinə verilir...
Bir ağır itki də var dünyada!?
Vicdanı itirmək...
Bir kimsə vicdanını itirsə bəs görən
İnterpola verilsə, tapılarmı o görən...?
































































































