Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz
(Şah Xətai)
Elnur Astanbəylinin “oktyabra məktublar”x9d adlanan yeni şerlər kitabı xeyli müddətdir ki, məni öz cezvində saxlamaqda davam edir. İstəyirəm mətləb üstünə Elnurun öz dəsti xəttinə yad olmayan qırdırma(kəsə) yolla gəlim. Bu kitab mənə nədən bu qədər doğma gəldi? Deyim nədənini. Elnur haqq adamıdır. Hər şey elə burdan başlayır. Elnur haqq yolunun yolçusudur. Haqqa aşiqdir. Haqqa aşıqlik ona cəsarət, dirəniş gücü və enerjisi verib. Haqqa aşiq olmasa haqqı arama gücü də olmazdı. O, həm haqqı müdafiyə edir, həm də haqqın müdafiyəsinə sığınır.Mən tanıyan Elnur özünü bir an da olsa haqdan kənarda görməyib. Elnur şerlərini yiyəsiz buraxmır. Şerlərinə sahib durur. Özünün bir səmtə şerlərinin başqa bir səmtə getməyini Elnurun vicdanı qəbul eyləmir. Elnur şerlərinin arxasından çəkinməyi kişiliyinə sığışdırmır. Elnurun şerləri nəyi deyirsə yazıları da onu deyir, davranışı da onu deyir, əxalaqı da onu deyir , əməlləri də Onu deyir. Nə çalırsa onu da oxuyur, nə oxuyursa onu da yazır Elnurun şerləri.Elnur oxucunu aldadan, əllaməçilik eləyən müəllif deyil. Oxucu Elnuru oxuyanda hər misra Onu həqiqətə aparır. Həqiqətə varmaq Haqqı görmək maraqlıdır, şirindir, çəkicidir. Təəssüf ki, çox vaxt Elnurun şerlərinə oxucu dözüm gətirə bilmir.Həqiqətə çatsa da onun müdafiyəsində dayana bilmir. Həqiqətlə qol-boyun olub çiyin-çiyinə dura bilmədiyi üçün də zahidləşirlər. Zahidlikdən oynandır Elnurun məqamı. Zahidlikdən o yana Nəsimilikdir. Elnur haqq yolunda Nəsimi taleyinə belə hazır oluşlardandır. Bir az yekə çıxdı deyəsən. Qoy olsun.Mən Elnura qıyıram bu uca sözləri. Halalı olsun özü qazanıb. Ömür verib qazanıb. Gündüzlər mitinqlər, piketlər, “Azadlıq”x9d qəzetinə qanararsız yazı hazırlamaq, gecələr də balalarına bir tikə halal çörək yedizdirmək üçün kitablar redaktə eləməklə qazanıb. Gözünün nurundan ola-ola, şirin yuxusuna haram qata-qata qazanıb. Bizi dağ görəndə keçi, su görəndə balıq olan şairlərin, boynunda noxdalıq, canında saxdalıq olan şairlərin, xəstə-naçax , satqın, alçaq şairlərin, quyruq bulayan, yala ulayan şairlərin əlindən alaraq alaraq, onların cızmaqaralarına möhtac qoymadığ üçün qazanıb.
Cəmiyyətə güzgü tutan, cəmiyyətin ağrısından doğulan şerlərdir Elnurun şerləri. Bizi-bizə anladan, halımızı anan, halımıza yanan şerlərdir Elnurun şerləri. Bu şerlərdə tək bircə dəfə də olsun Türk adı çəkilmir. Deyirəm bəlkə də elə belə olmalıdır özünə qayıdan Türkün şerləridir . Adamı insan eliyən şerlərdir Elnurun şerləri. Elnur bütövləşmiş şəxsiyyətdir. İşıqlı bir aydındır. Elnurun xoşbəxtçiliyi ondadır ki, beyni və qəlbi arasında sağlam bir əlaqə var. Sanki beyni qəlbində yerləşib.
İçi özüm qarışıq tanıdığım insanlar arasında Elnur qədər yerlibazlıqdan, tayfabazlıqdan uzaq birisini görmədim. Azmı görmüşük haqq cildində yalnız öz kəndçiləri istisna olmaqla insanları yamanlayan həşəratları.Ancaq Elnurda tənqid ilk əvvəl öz yan-yörəsindən, qohum-əqrəbasindan, kəndçilərindən başlayır. Əlbətdə ki, bütün bunlar Elnurun dərin yerlibazlığı kimi də görünə bilər. Lakin bu heç də belə deyil. Əslində bu Elnurun ən əvvəl yaxşı tanıdıqlarından başlaması anlamına gəlir. Əmisi Akif Səməd də beləcə idi. Onun bir məşhur Borçalı ziyalılarına müraciəti var. Borçalının 7-dən 77-yə bütün ziyalılarını elə gözzəl ağ yuyub qara sərmişdi ki, o mübarək müraciəti bir Borçalı Qarapapağı kimi mənim o qədər ürəyimcə oldu ki, mən o müraciətin sürətini çıxardıb sevinə-sevinə rastıma çıxanlara paylamışdım. Elə bu gün də o müraciəti məndən istəyən olsa məmuniyyətlə verərdim. Elnur həm də o ürəkdən, o ruhdan, o böyüklükdən su içib gəlir. Xoş gəlir, səfa gəlir. Elnurun bağrından qopub gəldiyi o torpaq onunçün də dilimin zikri olub.
Kitabına gəlirəm. El dəftəri bölümündə 16-17-ci əsrin estetikasınnan yazdığı şerləri oxuya-oxuya yaşamaqdan, yaşaya-yaşaya oxumaqdan heç doymadım, heç. Çox gözəldir , çox.
bu günlər bir şəhrə vardım gül üzlü dost eşqinə
ha dolandım yorulmadım bürcləri gözəl-gözəl
açılıb dükan bazarı sərrafısan bəri gəl
nə alsan peşman olmazsan xərcləri gözəl-gözəl
hər acıya şükr eylədim hər möhnətə öyrəşdim
mövlamdan aldım dərsimi, onnan pünhan söyləşdim
gəlib-gəlib axır günü bir məclisə əyləşdim
ariflərlə bəhsə girdim mərcləri gözəl-gözəl.
Ağlama naçar könlüm bir gün işin bitirirlər
Yığılır yaxın-yadın gəlib yerdən götürürlər
Hesabını sormağa, dost, meraca gətirirlər
Onda verirsən aldığın borcları gözəl-gözəl.
Qos-qoca çalğısı, qurd ağızlı oxusu ilə yaxşı tanıdğımız aşıq Nazim Əsədoğluna üz tutub yazdığı gəraylı lap ürəyimcə oldu. Böyük bir boşluğu doldurub kimi gəldi mənə. Təəssüf ki, kölgədə qalmaq yolunu seçdiyindən məhdud bir çevrədə tanınırdı aşıq Nazim. Nazimi tanıyan oxuculara bu şerin dəyəri bir başqadır.
Saz havalı, Nazim sazdan havalı
Yerdə yernən, göydə göynən davalı
Ikisi də bir-birindən yaralı-
aşıq üzgün, saz yarımcan oxuyur!
Bir gözəl gəraylı da Aşıq Dilmana ismarlayıb. Sazı mən deyən yerdən çalıb, sözü mən deyən yerdən oxuyan aşıq Dilmana. Təəssüf ki, O da çox məhdud bir çevrədə tanınır . Nə yaxşı ki, o məhdud çevrəyə Elnur kimi xiridarlar daxildir.
Dağılsın otun, çiçəyin
Qanı Dilmanın sazına.
Əladır.
Elnurun “Nənəmin ölən günü”x9d adlı bir şeri var. O, şer haqqında təsirlidir, kədərlidir, çox təsirlidir, ağrılıdır kimi sözlər işlətsək sönük görünər. Bu şerin acısı insanı yandırıb-yaxır. İnsan istirabını söz də bu qədər açıq göstərə bilərmiş deyib sözə salavat çevirməkdən başqa çarəmiz qalmır. Allah ölənnərinə rəhmət eləsin Elnur.Bu şer bizə bir daha anlatdı ki, “ömrümüzdən illər keçmir, insanlar keçir!..”x9d
Elnurun “Mitinqçinin şəkli üçün”x9d şeri isə şedevirdir.
Quşlar öpər
Hər dəfə havada
Düyünlənmiş yumruqlarını...
Göyləri inlədən
“Azadlıq”x9dhayqırışlarını
Quşlar öpər...
Bu şer Elnurun içindəki “Azadlıq”x9d eşqinin nəhayətsizliyi göstərir. Elnurun xətrinə dəysə də dəyməsə də bir söz deyəcəm. Məncə bu şerin mitinqə dəvət edtmək üçün insanlara təsir gücü Elnurun təmsil olunduğu partiyanın mitinq qərarından 100 dəfə çoxdur. Elnurun “Oktyabra məktublar”x9dı azad gəncliyin bir az ağrılı-acılı, bir az nisgilli həm də ümüdlü türküləridir.
Oxucu dost!
Çox istərdim ki, “Oktyabra məktublar”x9dı oxuyarkən Elnurun ürəyinin nə hallara düşdüyünü, necə çırpındığını özünüz təsəvvür edəsiniz
....ey adamlar, bilirdinizmi
pəncərələrinizdən süzülən işıqların
pəncərələriniz önündə bitən ağaclara
necə dəlicəsinə vurulduğunu
və
o ağacların da susuzluqdan yox
işıqsızlıqdan quruduğunu?!...
O, işığın bir adı da Elnur Astanbəylidir. Nə yaxşı ki, yurdumuzun Elnur kimi işıq seli tükənməzdir. İşığın mübarək
Elnur Astanbəyli



































































































