Moderator.az xəbər verir ki, dünən “Hüseyn Cavid” Ədəbi Məclisinin növbəti
toplantısı keçirilib. Toplantıda Azərbaycan ədəbiyyat tarixinə öz imzasını atmış şair və yazarlarının anım
günlərinə həsr ediləcək tədbirlərin keçirilməsi qərara alınıb. Qərara əsasən
ilk tədbir ədəbi məclisin adını daşıdığı Hüseyn Cavidə həsr olunacaq. Böyük şairin anadan olmasının 132-ci il dönümü günü münasibətilə tədbirin 24
Oktyabr 2014-cü ildə keçirilməsi nəzərdə tutulur.
Daha sonra iclasda təşkilati məsələyə baxılıb, şairə
Adilə Nəzər ədəbi məclisin katibi, gənc şair İman Əlioğlu isə İdarə Heyətinin
üzvü seçilib.

































































































