Əbülfəs Qarayevə və Anara ağır ittihamlar...

Hazırda oxunan: Əbülfəs Qarayevə və Anara ağır ittihamlar...

56584
 Moderator.az-ın poçtuna bir oxucumuzdan aşağıdakı məzmunda məktub daxil olub və müəllif onu saytda yerləşdirməyimizi xahiş edib. Bəri başdan qarşı tərəfə də cavab haqqını tanıdığımızı bəyan edirik:

 "Mən Əliyev İlqar yazıçı, şair və müəllim olaraq mətbuat vasitəsi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Yazıçılar Birliyinin sədri Anara müraciət edərək bildirirəm ki, bu gün Azərbaycanda baş verən ictimasi-siyasi, mədəni inkişaf fonunda gəncliyimizlə bağlı bəzi xoşagəlməz vəziyyətin əsas səbəbi sizlərin biganəliyidir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və fəaliyyəti ilə fəaliyyətsizliyi bilinməyən Yazıçılar Birliyinə səslənirəm və deyirəm ki, bu gün gənclərin pisxologiyasına zərər verən cızmaqaralar yazan bir çox yazarlar peyda olub. Belələri milli mənəvi dəyərlərimizə zidd olaraq ata babalarımızın yüz illərlə yaşayıb yaratdıqları məmləkətdə indi geyləri təbliğ, fahişəliyi tərənnüm edən kitablar yazmağa girişiblər...
     
Bir müddət əvəl "Fahişə mələklər" və  "Günahdır səni sevmək" kitabı nəşr etdirən, geyliyi təbliğ edən kitab yazan hardansa ortaya çıxmış Orxan Bahadirsoy adlı yazar ölkə gənclərinin pisxologiyasına ciddi zərbələlər vurmaqdadır. Bu əxlaqsızlığı təbliğ edən kitabın təqdimatının gender bərabərliyi adı altında keçirilməsi və Yazıçılar Birliyinin bu kitaba nədənsə etiraz etməməsi, əksinə, satışına dəstək verməsi şaiyələrinin yayılması məni çox sarsıtdı. 

Odur ki bir vətəndaş, ziyalı kimi Əbülfəs Qarayev və Yazıçılar Birliyi rəhbərliyinin heç olmasa bir dəfə öz işləri ilə məşğul olmalarını və bu tip əxlaqsızlıqları təbliğ edən kitabların yayımlanmasına qarşı hansısa addımlar atmaq üçün özlərində cürət və qeyrət  tapmalarını tələb edirəm."

Əliyev İlqar Qasım oğlu
                                                                                                                                                      
 tel  050 789 33 62

  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin