.
Daşıdığı yükə görə
İnsan kiçik, böyük olur.
Yük altından qaçan kəsin
Özü dünyaya yük olur.
Yük altına girdiyin an
Haqqa güvən, Haqqa inan!
Ürəyində varsa iman
Hər yük gözdə bir tük olur.
Çəkəcəyin yükü görçək
Qorxma ondan, yükünü çək!
Bir gün mütləq el deyəcək:
-Belə oğul tək-tük olur.
Heydər Oğuz
































































































