Moderator.az gənc yazar Ömər Xəyyamın yazısını təqdim edir:
HERİSÇİ HƏMİDİN NAÄžILI
Nənəm həmişə deyərdi ki, saqqalım yoxdu sözüm keçmir! Mən də tənbəllik eləməyib saqqal buraxdım ki, sözüm keçə. Həmişə qınayıblar saqqala görə. Desəm nəbilərin nəbisi Məhəmməd peyğəmbərin sünnətidi, deyəcəklər ki, sən hara İslam hara? Nizami ki saxlayıb saqqal, Füzulinin ki saqqalı olub, buna nə sözünüz? Dəqiq bilirəm ki, oxuya-oxuya ürəyinizdə: Bu nə vaxtdan Nizami oldu deyə düşünürsünüz. “Saqqalı uşaq” da deyənlər tapılır hələ. Nə isə sözüm onda yox, bir gün saqqalımı oxşaya- oxşaya xəyallara daldım, getdim düşdüm Space televiziyasının “Gecə kanalına”. Gecələr nənəm o qədər nağıl danışıb ki, doymuşam. Amma bu adam elə gözəl nağıl danışırdı ki, nağılın içində nağıla düşdüm. Getdim çıxdım Ansə, “Gizli Azərbaycan” nağılına. Saqqalsız ağsaçlı nağılçı pirlərin, ziyarətgahların içindən keçirdirdi məni. Elə bu minvalla gəldik çıxdıq Facebooka, birdən həmin saqqalsız ağsaçlı yoxa çıxdı. Profil şəklindən də itdi hətta, bir də gördüm balaca uşaq profildən gülümsəyir mənə. Əlimdən tutub gəzdirdiyi bütün qədim ziyarətgahların, pirlərin toz basmış divarlarındakı yazıları oxumaq üçün, sərdabələrin dilini anlamaq üçün qəribə bir dil öyrətmişdi mənə o nağılçı. Elə bu dillə də başladım onun özünü oxumağa:
- Şimali Azərbaycan Axundovları, Cəlilləri rəssam deyil, karikaturaçılardı-Təbrizdə Bab hərəkatı, Səttərxan inqilabı baş verəndə Axundovla Cəlil elə ancaq nəsə yazıblar, həqiqi inqilabı hərəkətə uzaqdan nəzər salıblar.
İlk oxuduğum bu yazı oldu. Oxuduqca hərflər qımışırdı, gülümsəyirdi. Kənardan bir şeytani qoca səsi qulağıma ”“ Görəsən bu özü cəmiyyət üçün, millət üçün neyləyib deyirdi. Sol əlimlə necə şillə çəkdimsə qulağıma, hələ də ağrayır. Uzaq ol, şeytan ! dedim.
Sonra daha da bu qaranlıq, mistik nağılın dərinliklərinə endim, insanların arzu tutub ip bağladıqları bir daş abidədə bu yazını oxudum:
Gördüyümüz kimi, Şimali Azərbaycan tibbi bu gün sözün əsl mənasında “qeyri-ciddidir”. Vallah, xəstələr buna özləri cavab versə yaxşıdır. Ancaq mən eşitdiyim qədərincə Təbrizdə şəfa tapan Şimali Azərbaycan xəstələri bunun səbəbini ilahi aləmdə axtararlar. Mirzə Cəlilin “ölülər”i indi kütləvi şəkildə Təbrizə üz tutur, oranın həkim Şeyx Nəsrullahlarından çarə axtarırlar. Təbriz bu gün bütün Şimali Azərbaycan “ölülər”ini Əzrayılın əlindən qurtarır. Mirzə Cəlilin “Ölülər” pyesi bu dəfə tam kəlləməyallaq aşıb. Şimali Azərbaycan, qısası, Mirzə Cəlildən ona miras qalmış ədəbi-maarifçi miflərini artıq itirmək üzrədir. Təbrizin Şeyx Nəsrullahları indi minlərlə şimali Azərbaycan ölülərini sözün əsl mənasında qəbirdən çıxarıb həyata qaytarır.
Yazını qurtarar- qurtarmaz qarnımdan ağrı tutdu, qorxudan başladım hərfləri bir-bir öpməyə. Elə bu vaxt həmin şeytani səs yenə qulağımda cingildədi, əlimi qaldırdım ki, vuram, bu vaxt Rafiq Tağı ürəyinə saplanmış bıçaqla gözümə göründü. Yaxınlaşıb tüpürdü üzümə və qeyb oldu.
Özümə təzə-təzə gəlirdim ki, gözüm görə görə daş abidəyə bu sözlər əlavə olundu:
”“ Yadda saxlayın, Qəffar uca Allahın “Bağışlayan” sifətidir, Qəhhar isə “Cəzaverən”. Rəhmətlik, Allaha, onun peyğəmbərinə şəkk gətirmişdi. Cəzasını məhz bu Qəhhardan aldı, bildinizmi? Dovğadan heç adam ölər?
Niyəsə nağılın bu yerində gülmək istədim, birdən qeybdən belə bir səs ucaldı :
- Gülmə! Bizim ədəbiyyat lətifə janrına uduzub, Molla Nəsrəddin ənənəsinə uduzub.
Mən bu səsə heyrətlə qulaq asa-asa daş abidəyə yeni bir yazı əlavə olundu:
- Bəzi adamlar bizim ədəbiyyatımızın Nizami və Xaqanidən yox, Cəlillə Axundovdan başladığını deyirlər. XIX əsr, onun ateizmi bizim üçün nədənsə çox böyük dövr kimi göstərilir. Mistika yaradıcılığın ana nüvəsidir, Cəlillə Axundovun isə mistika ilə çox ciddi mübarizələri olub. Məncə, onlar yad qüvvələrin sifarişi ilə bunu ediblər”¦
Tez başıma bir qapaz vurdum, qorxudan dodaqlarım uçuqladı. Birdə baxdım ki, bir gəmidəyəm, üstünə Nuhun gəmisi yazılmışdı. Gəmi Sahilə yan aldı. Çox tanış gəldi buralar mənə, baxdım ki, Naxçıvandayıq. Qarşımda bir türbə var : Nuh peyğəmbərin türbəsi.
Bu vaxt həmin şeytani səs Seymur Baycan sifəti ilə peyda oldu, qaldırıb türbənin divarına çırpdı məni. Səmaya qalxa-qalxa : Ayıl bu yuxudan deyirdi. Ayağım əzilmişdi zərbədən. Birdən nağılçı qucağına alıb məni , Buzovnaya, Əli ayağı pirinə gətirdi. Pirdən çıxanda ayağımda ağrı yox idi.
Çevrilib dua eləmək istəyirdim ki, şeytani səs Qan Turalı sifətində peyda oldu və bu sözləri dedi:
- Tarixə görə İmam Əli Ərəbistan yarımadasından kənara çıxmayıb.
Ayıldım birdən birə yuxudan. Gördüm Təbrizdəyəm, Sahibül-Emrdə. Həmid Herisçi də uzanıb yanımda nağıl oxuyur, əlavə elədi ki, burda görülən yuxular heç zaman unudulmur, hətta , Şah İsmayıla burda vəhy gəlib. Bu vaxt Cəlil Cavanşir zəng elədi ki, qapıdayam aç qapını. Sən demə nağılın içində başqa nağıldayammış. Həmid “pəri” sözünün ovsunu barədə sayını unutduğum nağılına başlayanda, vərəqi qatladım, yəqin ki, üç alma düşənə qədər davam eləyəcəm.




































































































