"Bir kəhər dayanıb Cıdır Düzündə..."

Hazırda oxunan: "Bir kəhər dayanıb Cıdır Düzündə..."

41260

  Ümid Partiyası sədrinin müavini  Rəfail Tağızadə Moderator.az-a bir şeir göndərib, onu oxuculara təqdim edirik:

 



Bir kəhər dayanıb Cıdır Düzündə

 

Bu atın yalını kim darayıb, kim?

Darağı əlində gəzən kim imiş?

Kimsəsiz yurdumun tənhalığında       

Külək nəvazişi məni bitirmiş.                                  

 

Mənim səhərimin üzü qaranlıq,

Günümün, ayımın işığı itib,

Mənim kürəyimdə qamçı səsləri,

Boynumda üzəngi kölgəsi bitib.

 

Sükutu qoynuna çəkən dərənin

Həsrətin, kədərin izi üzündə,

Köhnə tumarında sığalım itən

Bir kəhər dayanıb Cıdır Düzündə.                                              

 

Bu yerin gözəli Qarabağ atı,         

Gör neçə illərdi, kişnəmir, gülmür,

Bu sınıq qollarım, topal əllərim,

O vaxtdan saç yalı daraya bilmir.

                                                                          19.01.2014

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin