“Harda şahlıq görürəm, sonluğu viran görürəm”-Heydər Oğuz

Hazırda oxunan: “Harda şahlıq görürəm, sonluğu viran görürəm”-Heydər Oğuz

37162

 Moderator.az-ın oxucularla daha yaxın təmasını qurmağa çalışdığı şair-publisist Heydər Oğuzun maraqlı qəzəlləri də var. Əsasən ictimai problemlərə həsr olunmuş bu qəzəllər sadə diliylə diqqəti çəkir. Bu dəfə şairin “Görürəm” rədifli qəzəlini təqdim edirik.

 

“Qanun gücsüz, kiminsə hakimiyyətinə tabe olduğu yerdə dövlətin tezliklə məhvini görürəm; qanunun hakimiyyət nümayəndələri üzərində ağalıq etdiyi, onların isə qanunun qulu olduqları yerdə dövlətin və Allahın bəxş etdiyi sərvətlərin xilasını görürəm”.

Platon


Açıram ekranı mən, yurdu gülüstan görürəm,
Baxıram yan-yörəmə, hər kəsi nalan görürəm.

Kim görər yolda məni, söylər: ”“ “alıb qan gözünü”
Bəlkə bundandı ki, ətrafımı al qan görürəm?

Qaçıram tez evə, göz gəzdirirəm güzgülərə
Gözü qansız, özümü adicə insan görürəm.

Mənə derlər: “bu yolun son ucu zindan görünür.”
Mənsə onsuz da bütün hər yanı zindan görürəm.

Dini İslam bilinən ölkədə saqqal kəsilir-
Nə kəsən əldə, nə saqqalda bir iman, görürəm

Bilmirəm, mənmi koram, yoxsa ki, aləm dəlidir,
Hara baxsam, Yaradan Xaliqə üsyan görürəm.

Mənə, Heydər demə, ”“ “ölkəmdə tərəqqi görünür.”
Harda şahlıq görürəm, sonluğu viran görürəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin