Moderator.az-ı "Ədəbiyyat" bölümü yaratmağa nə vadar etdi?

Hazırda oxunan: Moderator.az-ı "Ədəbiyyat" bölümü yaratmağa nə vadar etdi?

36822

Moderator.az saytı jurnalist həmkarımız, həm də şair-publisist olan Heydər Oğuzun şeirlərinin çapına başladıqdan sonra bir çox şairlər müraciət edərək bizimlə əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər. Ona görə də saytımızda “Ədəbiyyat” bölümü yaratdıq və poeziya ilə maraqlanan oxucularımızı həmin bölümü izləməyə dəvət edirik. İlk qonağımız isə hazırda Moskvada yaşayan Sultan Mərzilidir.

 

 

Sultan MƏRZİLİ  haqqında qısa məlumat:

 

Sultan Mərzili  (Məmmədov Sultan İsgəndər oğlu) 1948-ci il iyulun 1-də Dağlıq Qarabağda indiki Xocavənd rayonunda anadan olmuşdur. Söy kökü Ağdamın Mərzili kəndindəndir. 1971-ciildə ADU-nun fizika fakültəsini birtirmişdir. Bir müddət Xocavənd rayonunda və Sumqayıt şəhərində müəllim işləmişdir.

1974-cü ildə Dağlıq Qarabağda sərbəst güləşmə üzrə Vilayət çempionu olmuşdur.

Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır.

 Moskvada fəaliyyət  göstərən “Şəhriyar”  Ədəbi Mədəni Cəmiyyətinin  təsisçlərindən biri, idarə heyətinin üzvü, nəsr və poeziya üzrə katibidir.

     İlk  şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində  “Müjdə” ədəbi birliyinin münsiflər heyətinin qərarı ilə dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış edir. Ramiz Rövşən, Sabir Sarvan, Vaqif Bəhmənli, Maarif Soltan, Vaqif Bayatlı Ödər, Yunis Novruz və başqa şairlərin yaradıcılığı haqqında məqalələrin müəlifidir.

Moskvad yaşayan qocaman yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanını, yazıçı-publisist F.Ağamalıyevin “Canəli ay altında” əsərlərini rus dilindən tərcümə etmişdir.

     Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır. Rus şair və yazıçılarının əsərlərindən tərcümələr edir.

Şeirləri Azərbaycan və rus dillərində çap olunmuşdur.

Xalq şairi B.Vahabzadə ona “Uğurlu yol” arzulamış, Məmməd Araz AYB üzvlüyünə zəmanət vermişdir.

AYB  və Beynəlxalq Yazıçılar və Publisistlər Assosasiyasının üzvüdür.

 

Kitabları:

"Dünya bir pəncərədir",  Bakı, "Yazıçı"-1984

"Bir addımlıq ömür..."  Bakı,  “UniPrint”(2006)

"Bəyaz vərəq içində" , “Nurlan”, (2009)

Ə.Hüseynov, “Üsyankar Xaqani” , roman, Moskva, “Qrif” nəşriyyatı, tərcümə

F.Ağamalıyev. “Canəli ay altında” publisistika, Bakı, “Nurlan”, 2011,  tərcümə

 

ŞEİRLƏİNDƏN NÜMUNƏLƏR:

 

HAYANDA OLSAM DA...

 

Hayanda olsam da çəkər qəlbimi,

Süzülüb duyğumdan, hissimdən keçər.

Doğma Mil düzünün həsrəti kimi

Qarqarçay sinəmin üstündən keçər.

 

Gözümün önündən getməz Murovdağ,

Başının qarıynan, buludlarıynan.

O doğma torpaqda alışan ocaq

İsidər qəlbimi ümidləriynən.

 

Bir ulu xan çinar yarpağı üstə

Saxlar dövlətimi, saxlar varımı.

Üstündə gəzdiyim torpağın üstə

Ruhunu duyaram babalarımın.

 

Əsrlər calanar yaşımın üstə,

Yaşı bilinməyən qoca mən ollam.

Vətən buludları başımın üstə

Torpağın özütək qocaman ollam.

 

Açar ürəyimdən güllər, çiçəklər,

Açar ürəyimdən dağlar gözünü.

Süzülən yağışlar, əsən küləklər

Sevgimi daşıyar illər uzunu.

 

Demirəm, ucayam dağları kimi

Bir ulu çinarın yarpağıyam mən.

Hayanda olsam da çəkər qəlbimi

O yurdun gəzəri torpağıyam mən.

          9.01.1981

 

BİR OVUC TORPAQ

 

Səyyahlar deyir ki, düşsən qürbətə,

Orda qəriblər var -- həsrət dustağı.

Dönər ziyarətə, dönər türbətə,

Aparsan bir ovuc vətən torpağı.

 

Apar, əvəzini minqat alarsan,

Kimi qızıl verər, kimi də daş-qaş.

“Bir ovuc” söyləmək dilində asan,

Vətən torpağı çox ağırdır, qardaş...

 

Bir ovuc götürdüm, əllərim əsdi,

Torpaq zaman kimi axdı, töküldü.

Ovcumdan Kür keçdi, Araz tələsdi,

Gözümdə Savalan, Kəpəz dikəldi.

 

Gördüm bir dünyadır; sığmayır ələ,

Onundur hər arzum, ümidim, barım.

Mən özüm bir ovuc borcluyam hələ,

Mən ondan bir ovuc necə aparım?!

 

        15.05. 1977

 

AZƏRBAYCAN  UCALIÄžI

 

Əsrin aşrımından aşdı yolumuz,

Qorxum var zamanın qocalığından.

Tanrım, bu yollarda sən bizə yar ol,

Qoru bəlasından, haçalığından!

 

Qoru torpağımı, qoru daşımı,

Qara torpaq üstə qara daşammı?!

Qoyma, babaların goru daşınır,

Tüstüsü kəsilir od-ocağından.

 

Ucalt bayrağımı, ucalt elimi,

Əmanət dinimi, bir də dilimi,

Uzaq et igiddən ucuz ölümü,

Qoru gədaların qoçuluğundan.

 

Keçmişə boylansam, bu günüm hanı?!

Düşüb pərən-pərən dolanır hamı...

Başqadır qürbətdə taleyin tamı,

Neyləsən çəkilməz acılığından...

 

O yana dartınıb talışam deyən,

Bu yana ləzgilik avarın əyən,

Türkçülük, kürdçülük kürkünü geyən, 

Enmiş - Azərbaycan ucalığından!

                       2001

 

QARABAG  HARAYI

        Adsiz Qəhrəmana

Qara torpaqlıyam, Qarabağlıyam,

Doğulduğum gundən ölənə qədər.

Mənim bayrağıma qara bağlıyın,

Qara torpaqlarım dönənə qədər!

Ey adsız Qəhrəman, Ağ atlı oğlan,

Namusdan-qeyrətdən qanadlı oğlan,

Ulu Babək kimi inadlı oğlan,

Qaldır qara bağlı bayrağımızı,

Qarabağ çağırır, çağırır bizi!

Adını babamız Qorqud qoyacaq!

Odlardan yoğrulmuş o yurd qoyacaq!

Qalxıb qiyamətdən Boz Qurd qoyacaq!

Qaldır qara bağlı bayrağımızı,

Qarabağ çağırır, çağırır bizi!

Baxsın o bayrağa əllərim qalxsın,

Alçalmış, tapdanmış illərim qalxsın,

Pərən-pərən olmuş ellərim qalxsın.

Qaldır qara bağlı bayrağımızı,

Qarabag çağırır, çağırır bizi!

Qaldır o Günəşi, Ulduzu, Ayı,

Qaldır, qoy ucalsın azadlıq payı!

Qaldır, qoy görünsün o tay- bu taylı,

Qaldır qara bağlı bayrağımızı,

Qarabağ çağırır, çağırır bizi!

Dəlidağ oynasın cəngi səsindən,

Xocalım dikəlsın, çıxsın yasından.

Səhidlər boylanır o dünyasından,

Qaldır, qarabağlım, bayrağımızı,

Qarabağ çağırır, çağırır bizi! 

28. 02.2006

 

QARABAÄž  ATI

 

Səni mən arayim,

                 mən soraqlayım,

Qarabağ köhləni, qarabağ atı.

Gətir yalmanına qara bağlayım,

Ay qara şikəstəm, qara bayatım!

 

Qara buludlar var göyün üzündə ””

Günəşlə yarişan oğullar gərək!

Gəl qoşa atılaq Cıdır düzündən,

Bəlkə qismət oldu, Şuşanı gorək...

 

Qarqarçay quruyub, Tərtər sozalıb,

Hönkürə-hönkürə Həkəri qalıb.

Heyif bu torpaqdan, qeyrət azalıb,

Bəyləri qırılıb, nökəri qalıb...

 

Gəl düşək çöllərə dəli-divanə,

Qır atın, Boz atın izini gəzək.

Bizi bölüm-bölüm böldü zəmanə,

Sonmuş ocaqların közünü gəzək.

 

Kəhər yalmanının qəhər dalğası

Keçsin torpağımın, daşımın üstən.

Dəli kişnərtinin səsi-sədası

Yansın şimşək kimi başımın üstə.

 

Oyadaq torpağı,

                         oyadaq daşı,

Oğullar yığılsın bu dərdə gəlsin.

Başlasın müqəddəs Vətən Savaşı,

Pənahxan qeyrətli Sərkərdə gəlsin!

 

14.11.2006

 

 TORPAQ QAYIDA...

 

Başçılar başını torpağa qoysa,

Torpağı anlasa, torpağı duysa,

Torpağa and içsə, torpağı saysa ””

Torpaq qayalanar, torpaq qayıdar.

 

Babaların ruhu qalxsa qəbrdən,

Dəyanətli ellər bezsə səbrdən,

Ellərə sərkərdə tapılsa birdən ””

Torpaq alaylanar, torpaq qayıdar.

 

Köksündə din-iman bəsləyən olsa,

Namusu-qeyrəti səsləyən olsa,

Torpağı ürəkdən istəyən olsa ””

Torpaq halaylanar, torpaq qayıdar!...

 

Torpaqdan olmuşsa Adəm babamız,

Adam çağrılırsa bu dəm adımız,

Polad zəncirdisə əgər zatımiz ””

Torpaq dolaylanar, torpaq qayıdar...

 

Bu necə taledi, bu necə baxtdı?!

O taylı-bu taylı yandırdı, yaxdı.

Qalx ey Azərbaycan ayaga, vaxtdı,

Torpaq haraylana, torpaq qayıda!

 

28.02.06

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin