“Azərbaycan Yazıçılar Birliyinin saytı oxunuş sayına görə, bir çox saytlardan üstündür”.
Bunu Moderator.az saytına AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.
Qeyd edək ki, online media və sosial şəbəkələr, elektron KİV öz hökmranlığını getdikcə artırır. Çap mediasının, əsasən də qəzetlərin getdikcə tamamilə sıradan çıxma ehtimalı da vurğulanır. Artıq bütün dünya elektron KİV adlanan sehirli bir dünyanın içindədir.xa0
Həmçinin, ədəbiyyat, elm və mədəniyyət nümunələri də virtual yollarla yayılır.xa0
Bəs, Azərbaycan yazıçılarını bir araya gətirən, ədəbi nümunələrin təbliği ilə məşğul olan Azərbaycan Yazıçılar Birliyi çağdaş dünyanın tələblərinə uyuşa bilirmi?xa0
Təəssüf ki, sayt dünyasının bolluğu ərəfəsində Azərbaycan Yazıçılar Birliyinə məxsus virtual təbliğat vasitələri-saytlar öz passivliyi ilə seçilir. Hər halda, ədəbi cameənin içində olan insanlar belə düşünürlər. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza bunun tam əksini deyir:
“Yazıçılar Birliyinin AYB.az saytı kifayət qədər operativ saytdır. Xüsusilə, Yazıçılar Birliyində keçirilən tədbirlərlə, görüşlərlə bağlı bizim rəsmi saytımızda materiallar işıqlandırılır.xa0
Ayb.azxa0 kifayət qədər aktiv bir saytdır. Hətta oxunuş sayına görə də bir çox saytlardan üstündür. Hətta deyərdim, ilk yerlərdə dayanır.xa0
Bundan başqa rus dilində Ru.AYB saytımız var. Saytımızın rus dili versiyasıdır.xa0 Gələcəkdə ingilis dili versiyasını da hazırlamağı düşünürük.xa0
Bundan başqa, AYB-nin rəsmi orqanı olan “Ədəbiyyat qəzeti”nin özünün də saytı var. Hamısı da kifayət qədər aktivdir. İstər sosial şəbəkələrdə, istər sayt variantımızda xəbər paylaşımı kifayət qədər operativdir”.xa0
Ülviyyə Qarayeva



























































































