Bəzən, sevinc, heyrət, təəccüb yaşantılarını ifadə etmək üçün “pəh” nidasından istifadə edilir.xa0
Moderator.az xəbər verir ki, yazıçı Azad Qaradərəli “pəh” nidasının yaranma tarixi ilə bağlı maraqlı faktı qeyd edir.xa0 O, romanlarının birində dəxa0 bu barədə geniş məlumat verib:
“Məsələ belədir: Bir gün hürufilər Şamaxıda Nəiminin söhbətlərini dinləyirmişlər. Ustad şirin-şirin öz kəlmələrini xirid etdiyi yerdə qəfil əlini əlinə vurur:"Pəh!"
Hürufilər soruşurlar ki, ya mürşid, nələr oldu? Niyə halın dəyişdi?
Fəzlullah təəssüfxa0 və heyrətlə deyir: “Azərbaycandan Məkkə ziyarətinə gedən böyük bir dəvə karvanımız Ərəbistan səhrasında qum tufanına düşdü!"
İki ayın tamamında o karvandan salamat qalmış beş-on adam gəlib Şamaxıya çatır və Nəiminin huş-kuşla gördüklərini təsdiqləyir. Onda Fəzlullahın müridləri olan hürufilər əllərini əllərinə vurub bir "Pəh" deyəsi olurlar...
Bu "Pəh!" nidasını babam Məmmədqulu da sevərdi. Son dərəcə sehrli, sirli bildiyi olaya belə reaksiya verərdi: "PƏH!"
MODERATOR.AZ




































































































