Sabirin araşdırılmayan dindarlığı, Mirzə Cəlilin etirafı – FAKTLAR

Hazırda oxunan: Sabirin araşdırılmayan dindarlığı, Mirzə Cəlilin etirafı – FAKTLAR

227616



İki gün bundan qabaq dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının növbəti ildönümü tamam oldu.

“Hophopnamə” kimi möhtəşəm ədəbi nümunənin müəllifi olan Sabir çox təəssüf, mediada azxa0 yad olundu.


Moderator.azxa0 böyük şairə həsr etdiyi kiçik yazıda Sabirin dini dünyagörüşündən danışacaq.


Quranın tərcüməçisi, şərqşünas alim Nəriman Qasımoğlu açıqlamasında Sabirin dini dünyügörüşü barəsində maraqlı bir məqamı xatırladıb:


“Sabirə sevgi aşılayan sovet araşdırmaçıları onu din əleyhdarı kimi təqdim ediblər. Molla, axund, zahid, minbər, oruc, namaz, müsəlman, sünni, şiə, məzhəb, şəriət, çoxarvadlılıq, hicab və s. və i. sözlərin Sabir şerində tənqidə tutulan zümrələrə aidiyyatı olduğundan onu din düşməni kimi təbliğ etmək sovet rejimi üçün asan və sərfəli idi.xa0

“Hophopnamə”nin daha ciddi araşdırılması isə ortalığa maraqlı faktlar qoyur ki, bunlar Sabir və onun zamanı timsalında təktanrılıq-bütpərəstlik ziddiyyətlərinin, başqa sözlə, gerçək din dəyərlərinin toplumda təsdiqi uğrunda və din bütpərəstliyinin, din saxtakarlığının, mövhumatçılığın, cəhalətin əleyhinə bədii söz səviyyəsində aparılan mücadilənin cizgilərini gözəl bir şəkildə üzə çıxarır.

Ondan başlayım ki, Sabir dindar şəxsiyyətdir. Keçirdiyi xəstəlikdən dolayı ağrılarının şiddətləndiyi anlarında dostlarından birinə məktub yazıbmış. Məktubdan bir parça vəfatından sonra – 1912-ci ildə çapdan çıxmış “Hophopnamə”nin titul səhifəsində dərc edilmişdi. Halından şikayətlənir, çəkdiyi fiziki əzablardan birdəfəlik can qurtarmaq üçün özünü zəhərləyib intihar etmək dərəcəsinə gəldiyini yazır. Sonra: “Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna razı olamıyoram” – deyir”.

N.Qasımoğlu Sabirin yaxın dostu Mirzə Cəlilin də şairin dindarlığını etiraf edən fikirlərini önə çəkir:
“Sabirin dindarlığına dair C.Məmmədquluzadənin də xatiratında qeydləri var. Mirzə Cəlilin həmin yazısında həmkarının ünvanına təriflləri ilə yanaşı, onun dindarlığına yönəlik bir qınaq da səslənir:xa0

“...Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və xafasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz necə ki, ərz olunub, Mirzə Ələkbərin Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə" kitabında Sabirin “sabir" təxəllüsü altında yazılarının dərcini görəndə əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi" kimi mənzuməyə Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub... Onun üçün mən həmvəqt "Sabir" ləfzini görəndə və eşidəndə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızıl gül tikansız bitmir. Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, "Hophopnamə" kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək”.

Şərqşünas Sabirin dindarlığını aşağıdakı fikirlərlə əsaslandırır:

Sabir özüylə Tanrı arasında qalan dindarlığını keçirdiyi psixoloji hala sadəcə bir ştirx olaraq xatırladır məhrəm bildiyi dostuna. Onun yaradıcılığı ilə məhrəmanə ünsiyyət bağlayan oxucu da yəqin edər ki, bu, son dərəcə səmimi bir dindarlıqdır. Mövhumatçılığa, mərasimçiliyə yad, millətin tərəqqisi yolunda din islahatçılığına və azadfikirliliyə impulslar verən Tanrı qaynaqlı bir dindarlıq.

Saxtalaşdırılmış din dəyərlərilə mübarizədə ilhamını müqəddəs Oxudan alır Sabir. Şairin bir çox poetik nidaları camaata təlqin edir ki, din xadimlərinin ənənəvi moizələrinə uymaqdansa, müqəddəs Kitabımıza üz tutmaq daha yaxşı olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin