"Güneyin qüzey dərdini, ağ kağıza qarasını yazan..."

Hazırda oxunan: "Güneyin qüzey dərdini, ağ kağıza qarasını yazan..."

226023
Dəyərli şairimiz Sabir rüstəmxanlının doğum gününə

Qüzeyin güney dərdini,

Güneyin qüzey dərdini,

Ağ kağıza qarasını yazan,

Bakının qardaş həsrətini,

Təbrizin

Göynəyən yarasını

Ürəklərə yazan.

Türkün dilinə

Xor baxan gözlərə mil olan

Susqunlar içində

Danışan dil olan.

Sözü, keçilməz sərhədləri aşan,

Ruhu qərib düşən

Türk ellərini dolaşan.

Kəlbətin misralarla

İki qardaş arasında göz dağı

Tikanlı məftilləri qıran,

Öləziyən ruhların,

Alovlu ocağını yandıran.

Bayrağı vətən, himni vətən,

Qan yaddaşından don biçib

Özünə edən kəfən.

Azadlıq meydanının

Kürsüdən ucalan səsi,

Ərşə yüksəldi onun

Düşməndən bac alan səsi.

Bir “Ömür” yaratdı,

Şərəfli ömür yolunda,

O tay, bu tay Azərbaycan,

Bütövləşib tək can oldu

Onun haqqa açılan şair qolunda.

Sorsanız kimdir o vətən canlı,

Qələmi süngü, sözü düşmənə ox,

Vətən sevdalısı Sabir Rüstəmxanlı.


Nurəddin ismayıl
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin