“Musa Yaqub zəmanəmizin ən böyük lirik şairlərindən biridir. Zamanın nəbzini tutan, öz sözünü deməyi bacaran, əyilməz, sınmaz, palıdcüssəli bir şairdir”.xa0
Bunu Moderator.az saytına açıqlamasında dünya çapında tanınan alim, böyük Lütfi Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyev bu gün 81 yaşı tamam olan şair dost Musa Yaqubu təbrik edərkənxa0 deyib.
Xatırladaq ki, Musa Yaqub çağdaş Azərbaycan ədəbiyyatının ən güclü nümayəndələrindən biri sayılır. O, 1937-ci ilin bu günündə İsmayıllı rayonunda anadan olub. Ömrünün 60 ildən çox hissəsini əədəbiyyata, lirik poeziyaya həsr edib. Bu gün də bu iş görməkdədir.xa0

Professor Rafiq Əliyev yaxın dost olan şairin portret cizgilərini, şeiriyyat qüdrətini canlandıracaq fikirlər səsləndirib:
“Ümumiyyətlə, milləti, torpağı tanıdan onun seçilmiş insanları,xa0 fərqli adamları olar. O baxımdan fərqli deyirəm ki – bu cür insanların sayı, hər millətdə, hər xalqda az olur, təxminən, iki faiz- onların şəxsiyyəti ilə sənəti, peşəkarlığı üst-üstə düşür. Musa da böyük şair olduğu kimi, həm də böyük insandır.xa0
Allah çox şeyi Musadan əsirgəməyib; gözəl ailəsi, gözək çevrəsi, dostlar—daha Allah bundan artıq ona nə verməli idi ki?!
Qadaşım Musaya möhkəm can sağlığı arzulayıram. 100 yaşa söz versin, yüzdən sonra isə Tanrıyla öz danışar. Tanrı onu çox sevir.xa0
Musanın, başqa böyük insanların yaşı kimi bioloji deyil. Nizaminin, Füzulinin yaşı bioloji deyil, əbədidir. Musa da öz əbədi yaşını çoxdan yazıb. Ona uzun-uzun bioloi ömür, can sağlığı arzulayıram”.
































































































