Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
xa0
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.
XII Fəsil-Ermənilər
Şaumyan, Məhəmməd Əminin siyasi fəaliyyəti haqqında kiçik cib dəftərçəsində müəyyən qeydlər eləmişdi və iki gündən bir özündən asılı olmayaraq dəftərçəsini cibindən çıxarıb bir möcüzə baş verəcəyi, orda yazılanların başqa şəkil alacağı, Məhəmməd Əminin də sadəlövh müsəlmanlar kimi sətirlənəcəyi ümidilə, bu lənətə gəlmiş türklə bağlı olan səhifələri nəzərdən keçirir və şikarı qartal tərəfindən əlindən alınmış keçəl quzğun kimi qırıldayırdı.xa0
Şaumyanın cib dəftərində Məhəmməd Əmin barəsində bu sözlər yazılmışdı; “M.Ə.R. Bakının bütün məktəblərində təhsil alan və onu özlərinə “mürşid”x9d seçən müsəlman tələbələrə doğma dildə çarizmin əleyhinə yazılmış inqilabi şerlər əzbərlətdirir, o cümlədən bütün klassiklərimizin əsərlərini oxutdurur, eyni zamanda qəzet-jurnallarda xalqın ağrısını-acısını, əsarətdən qurtarıb azad yaşamağın yollarını göstərən publisistik məqalələrlə çıxış edir, divarlara rotarinlə çap olunmuş kağızlar ya¬pışdırır, eyni zamanda əlinə silah götürüb müsəlmanların düşÂ¬mənlərinə qarşı rəşadətlə mübarizə aparır. Belə ki, artıq bu savaşda Bakı şəhərində müsəlmanlar tərəfindən öldürülən daş-nakların on doqquzu məhz onun tərəfindən öldürülüb. Onun gülləsindən isə iyirmidən yuxarı daşnak ağır və yüngül şəkildə yaralanıb kazakların nəzarətində olan xəstəxanalara aparılıb”x9d.xa0
xa0Məhəmməd Əminin fövqəladə bacarığı ermənilərə qarşı sərt münasibəti Şaumyana biz kimi batırdı. Türklərin arasında “Bö¬yük Ermənistan”x9d yaratmağa mane olan, qarşısını kəsə bilən kötüklər çox idi. Bu kötükləri cürbəcür üsullarla aradan götürmək olardı. Lakin Rəsulzadə çox nəhəng və ağır kötük idi, belə kötükləri kənarlaşdırmaq olduqca zor bir şey idi. Bu cür kötüyü yandırıb yox eləmək üçün sadə üsullara əl atmaq olmazdı, bu ermənilərə, o cümlədən Şaumyanın özünə olduqca baha başa gələ bilərdi. Bunun üçün çox “incə plan”x9d cızmaq, riyazi bir tədbir tökmək lazım idi.xa0
Şaumyan çox düşündü, çox götür-qoy elədi və nəhayət məsələnin həllini tapdı. Şaumyan, Rəsulzadənin rus hərbi məhkəməsinin prokuroru “dəli sudya”x9d ləqəbi ilə tanınan Lun¬yakinlə soyuq münasibətdə olduğunu bilirdi. Əksər iclaslarda, yığıncağlarda sözləri çəp gəlmiş, Rəsulzadə Çar Rusiyasının tərkibində yaşayan müsəlman xalqlarına qarşı qadağaların götürülməsini, onlara sərbəstlik verilməsi mövzusu altında çıxışlar edərkən hər dəfə Lunyakin ona qarşı çıxşmış, böyük iddəalara düşdüyünü söyləmiş, hər dəfə həbs edəcəyi ilə hədələmiş, lakin qanunu çox yaxşı bilən Rəsulzadə ona qanun çərçivəsindən kənara çıxmadığını, Rusiyada yaşayan müsəlman xalqlarının huququnu tələb etdiyini və bu yolda daim mübarizə aparacağını, eyni zamanda nə ondan, nə də başqa bir çar məmurundan qorxmadığını deyərək çıxışını davam etdirmişdi. Lunyakin zatən ermənipərəst bir adam idi və tək Məhəmməd Əmin bəyə deyil, bütün müsəlmanlara nifrət edirdi. Şaumyanın Lunyakinlə xüsusi tanışlığı olmasa da ermənilərə qarşı müsbət münasibətini bildiyi üçün Rəsulzadəyə qarşı Lunyakindən istifadə eləmək qəraraına gəldi.xa0
Onların görüşünü çar ordusunun polkovniki Baqramyan təşkil elədi. Baqramyan çar məmuru qiyafəsinə girmiş daşnak idi və “Bö¬yük Ermənistan”x9d yaratmaq üçün gecə-gündüz əlləşirdi. O, Lunyakini Şaumyanla tanış eləyəndə Şaumyanı əks sinifdən olmasına baxmayaraq rus xalqını həddindən artıq sevdiyini, lazım gələrsə rus xalqından ötrü canından belə keçməyə hazır olduğunu bildirdi.xa0
Söhbətləri o qədər də uzun olmadı. Şaumyan, Lunyakinə düşməni Rəsulzadəni həbs eləmək, sonra da başını batırmaq üçün külli miqdarda rüşvət təklif etdi. O, Lunyakinin həddindən artıq pula həris, rüşvətxor olduğunu da çox yaxşı bilirdi. Lunyakin pul adı eşidən kimi razılaşdı. Şaumyan da öz növbəsində cürbəcür yollarla müsəlmanlardan qopartdığı pullardan iki dəstini cibindən çıxarıb beh kimi ona verdi.xa0
Lukyanin, Şaumyanı arxayın eləyib ona dedi ki, Rəsulzadəni hökmən həbs edəcək və ağır ciyaət məcəlləsi ilə ittiham edəcək. Lakin bunun üçün əlverişli bir zaman lazımdır. Odur ki, müəyyən qədər gözləmək lazımdır. Amma ya gec, ya tez mən bu işi hökmən icra edəcəyəm.xa0
Təxminən on gündən sonra Lukyanin, Məhəmməd Əmin bəyi “çar-üsul idarəsi”x9dnə qarşı üsyan eləyən bir adam kimi həbs elətdirdi və “Jandarmeriya idarəsi”x9dnin xüsusi kamerasına apartdırdı.xa0
Lakin Şaumyanın sevinci cəmisi bir gün çəkdi. Onun bu dəfəki arzusu da xülyalar batağlığında qərq oldu. Lukyanin həm Məhəmməd Əmin bəyi səbəbsiz yerə həğbs elədiyinə, həm də erməni-müsəlman qarşıdurmalarında yalnız müsəlmanları ittiham etdiyi üçün, ermənilərin hucumunu dəf etmək, onlara qarşı mü¬barizə aparmaq, müsəlman-türk xalqını erməni soy-qırımından qorumaq üçün Əhməd bəy Ağayevin yaratdığı “Difai”x9d partiyasının üzvüləri Mehmandarovun, Hacınskinin və Əhməd bəy Ağayevin özünün qərarı ilə gecə yarısı evində öldürüldü və yazı masasının üstünə namə yazılıb qoyuldu. Namədə bu sözlər yazılmışdı;-Neçə vaxtdır bizə məlumdur ki, “Dəli sudya”x9d ermənipərəstir və müsəlmanlara, İslam dininə sonsuz nifrət bəsləyir. Lakin onun Rəsulzadəni heç bir səbəb olmadan kiminsə və yaxud kimlərinsə fitvası ilə həbs etdiyinə yüz faiz əminik və şübhə eləmirik ki, bu işdə erməni barmağı var. Tələbimiz budur ki, Rəsulzadə tez bir zamanda həbsxanadan buraxılsın, yoxsa yüz başınız olsa da gecəyarısı qətllər davam edəcək və Lukyaninin düşdüyü aqibətlə üzləşəcəksiz. Yaşamaq istəyirsizsə tələbimizi bu naməni oxuyan kimi icra edin”x9d...xa0
“Jandarmeriya idarəsi”x9dnin yüksək rütbəli şəxsləri naməni oxuyandan sonra möhkəm qorxuya düşüb dərhal Məhəmməd Əmin bəyi həbsdən azad etdilər.xa0
Məhəmməd Əmin bəy də ordan çıxan kimi onun azad olun¬masında böyük xidməti olan Əhməd bəy Ağayevlə görüşdü.xa0
Məhəmməd Əmin bəy, Əhməd bəy Ağayevlə çoxdan tanış idi və aralarında olduqca səmimi bir münasibət var idi. Məhəmməd Əmin bəy 1905-ci ildən etibarən Əhməd bəy Ağayevin nəşr etdirdiyi “İrşad”x9d və”x9dTərəqqi”x9d qəzet-jurnallarında tez-tez məqalələr dərc etdirirdi. Onların hər ikisinin amalları, əqidələri, prinsipləri, tutduqları yol, mövqeləri çox uyğun gəlirdi. Əhməd bəy Ağayev, Məhəmməd Əmin bəyi, Məhəmməd Əmin bəy də Əhməd bəy Ağayevi milləti üçün çox vacib, lazımlı adam hesab eləyirdi və bir-birinin haqqında olduqca müsbət fikirdə idilər.xa0
“Difai”x9d partiyasının rəhbəri Əhməd bəy Ağayev həddindən artıq vətənpərvər, millət təəsübünü çəkən, xalqını, millətini, torpağını yağı düşmənlərdən qorumaq üçün hər an canından keçməyə hazır olan bir insan idi. Onun rəhbərlik etdiyi “Difai”x9d partiyasının Bəyannaməsində belə yazılmışdı; “Mütəşəkkil hərbi qüvvəyə mailk, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş “Daşnak-sütyun”x9d partiyası, bir tərəfdən silah gücü ilə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpağlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlikyaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmoimoiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiq proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və mlüstəqlliyinə xələl gətiməzsə, o zaman biz öz birlik əlimizi həmişə - ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hucumlar edərsə, biz¬dən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükən¬məz qanlı səhnə halına düşər.xa0
xa0Daşnak partiyası əmin olsun ki, heç vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”x9d.
Şaumyan, “Difai”x9d partiyasını, onun lideri Əhməd bəy Ağayevi 1905-1906-cı il erməni-müsəlman davası zamanından yaxşı ta¬nısa da, eyni zamanda başda Əhməd bəy Ağayev olmaqla nələrə nail olduğunu bilsə də, Əhməd bəyin ən yaxın dostlarından və məsləkdaşlarından biri Rəsulzadəyə qarşı qurmaq istədiyi tuzağın onun üçün nələrlə nəticələnə biləcəyini də erməni xislətindən qıcığlanan səbrsizlik çöküntüsü səbəbindən nəzərə almamışdı.
Şaumyanın iki min rubl pulu batsa da ən qatı düşməni olan Rəsulzadənin Uca Yaradan tərəfindən qorunduğunu anlamadı, çünki zatən allahsız və dinsiz adam idi. Belələrinin qəlbini isə Uca Allah millətindən və yaxud tutduğu vəzifəsindən asılı olmayaraq möhürləyir və onlar haqqı görə-görə inkar edirlər.xa0
Şaumyanın üzünü isə şeytan yalamışdı, o şeytanın əqidə bacısı idi və yalnız şərə xidmət eləyirdi. Əslində onun müsəlman-türklərin nəslini kəsmək istəməsi “Böyük Ermənistan”x9d yaratmağ arzusu da yalnız şərə meylli olmağından irəli gəlirdi. Çünki Uca Yaradanın bütün xilqətləri arasında ən kamil olaraq yaratdığı bir varlığın bir hissəsinin kütləvi surətdə qətlini istəmək, bir qarış torpağa sahib olmayan etnik bir tayfanın Xəzər dənizindən Aralıq dənizinə qədər nəhəng bir ərazinin ağası olmasını arzulamaq və bu yolda hər gün minlərlə yalan söyləmək, riyakar planlar hazırlamaq, kimlərinsə qətlinə fərman vermək, kimlərə qarşı isə sui-qəsd, şantaj hazırlamaq qəlbin ölənə qədər açılmayan bir möhürlə möhürlənməsinə, heç vaxt qırılmayan bir zəncirlə bağlanmasına işarədir.xa0
Uca Yaradan insanı elə bir şəkildə xəlq etmişdir ki, insan yalnız xeyirxah əməlləri, haqq sevərliyi, gözəl əxlaqı, düzgünlüyü, paklığı, təmizliyi, hallalığı ilə qəlbinin möhürlənməsinin qarşısını ala bilər. Əks təqdirdə qəlb mexaniki olaraq möhürlənir və həmin adam lənətə gəlmiş kor şeytanın aciz köləsinə çevrilir.xa0
Özünü dünyanın ən xoşbəxt adamı hesab edən, əslində isə yer üzünün ən bədbəxt məxluqu olan Şaumyan yenə uduzmuşdu və heç cür anlamaq istəmirdi ki, bu iyrənc xüsusiyyətləri ilə ömrünün sonuna qədər uduza-uduza gedəcək.xa0


































































































