Zahid Sarıtorpaqdan Aqşin Yeniseyə qeyri-adi təbrik: “Sözü büküb vur təkərə...”x9d

Hazırda oxunan: Zahid Sarıtorpaqdan Aqşin Yeniseyə qeyri-adi təbrik: “Sözü büküb vur təkərə...”x9d

190677


Bu gün çağdaş Azərbaycan poeziyasının ən parlaq imzalarından olan şair Aqşin Yeniseyin ad günüdür. Şeirləri ən yeni dövr Azərbaycan ədəbiyyatında xa0poetik hadisə sayılan şairin 39 yaşı tamam olur. “Bizim eradan əvvəl”x9d, “147 dənə sən”x9d, “Cənnətdə terror aksiyası”x9d xa0və başqa kitabların, yüzlərlə publisistik məqalənin müəllifidir.xa0

Şairin şeir dostu, şair Zahid Sarıtorpaq Moderator.az saytı vasitəsilə özünə xa0nisbətdə gənc olan həmkarına maraqlı təbrik ünvanlayıb. Həmin təbriki, şeiri ilə birlikdə təqdim edirik:


“Aqşin Yeniseyin özü demişkən, bizi neçə illər bundan əvvəl Con Milton tanış edib. “İtirilmiş Cənnət”x9d və “Qaytarılmış Cənnət”x9d adlı Söz cəngəlliyinin içində rastlaşmışıq. xa0Sözümüz tutub, deyəsən, heç bir incikliyimiz olmayıb, necə deyərlər, qılıncımız qınımızda yolumuza davam etmişik...

Mən bilən, Aqşin Yenisey Sözün cücərdiyi hər yerdə bağbanlıq eləmir. Bağbanlıq elədiyi hər yerdə Söz cücərir amma. Yeni nəsil yazarları içində təkcə Silueti bəsdi ki, mühitin mənzərəsi dəyişsin. Şəkli isə təkcə mühiti deyil, ab-havanı da dəyişir. O ki qaldı Sözünə, oxuyunca, mühit də, ab-hava da yaddan çıxır, xa0ortada bir Sevgi qalır, bir Ürək...xa0

Gözəl şairimizin bu gün ad günüdü. Ürəkdən Sevgi dolu təbriklərimi göndərirəm!xa0
Bir də bu yarızarafat, yarıciddi şeirfason duyğularımı:


Deyirəm,

Dünya elə dünyadı ki, ay Aqşin,
Söz gərəkdi çox qəmginə, çox şənə.
Söz olmayan yerdə, vallah, bilinmir,
Bilinmir ki, yaman nədi, yaxşı nə...

Sonra bir azca fikirləşib əlavə edirəm ki,

İstəyirsən sürət alsın araban,
Sözü büküb vur təkərə, çax şinə.

Sonra da düşünürəm ki ey dadi-bidad:
Sükandasan boz araqdan çox içmə
Qoy getməsin fikrin heç də Şukşinə.

Axirda da səni bağrıma basıb təbrik edirəm və uca səslə deyirəm:

Yüz Yenisey nəhri çata bilməz heç
Söz bulağı bir Yenisey Aqşinə...

Yüz yaşa, şair!xa0


Sayğılarla: Zahid Sarıtorpaq

Hazırladı: Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin