“SAVAŞÇI”x9d(aprelin izi ilə...) adlı kitab təqdim olunacaq

Hazırda oxunan: “SAVAŞÇI”x9d(aprelin izi ilə...) adlı kitab təqdim olunacaq

181958

xa0“Aprel döyüşlərində”x9d şəhid olan Əbdülməcid Axundovun əziz xatirəsinə həsr olunmuş “Savaşçı”x9d (aprelin izi ilə...) adlı kitabı çap olunub.xa0

Nəfis tərtibatlı kitabın müəllifi telejurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızıdır. Kitabın redaktoru yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəylidir.xa0

Yeni nəşrdə məşhur yazarlarla, şairlərlə, millət vəkilləri ilə, siyasi xadimlərlə maraqlı müsahibələr yer alıb. Azərbaycanlı jurnalistlərin qələmə aldığı araşdırma mövzular da öz əksini tapıb. Kitabın ilk səhfələrində şəhid Əbdülməcid Axundova həsr olunmuş “Xatirələrdə yaşanan ömür...”x9d adlı foto arxivdə təqdim olunub.

Moderator.az xəbər verir ki, 29 iyun, saat 14:00 da Azərbaycan Atatürk Mərkəzində “Savaşçı”x9d (aprelin izi ilə...) adlı kitabın təqdimatı olacaq.xa0

Müəllif Nigar İsmayılqızı kitabla bağlı bunları deyib: "Demə, müharibənin öz estetikası olurmuş. Göz yaşlarına şahid oldum, xa0qəribə əhvalatlar eşitdim. Beləcə yola çıxdıq. Qarabağ və müxtəlif illərdə baş verən savaşlar, bu müharibələrdən sonra cəmiyyətə, xa0insanlara, ailələrə vurulan zərbələrlə bağlı söhbətlər etdik. Müzakirələrə Azərbaycandan, Türkiyədən (İstanbuldan, İzmirdən, Bursadan), İrandan ziyalılar qatıldı. Yazılan kitabları, çəkilən filmləri gələcək nəsillər üçün vacib sənəd hesab etdilər. Uzun illlərdən sonra xa0"Aprel döyüşləri". "Savaşçı" xa0(aprelin izi ilə) xa0adlı kitab şəhid Əbdülməcid Axundovun 23 illik xa0ömrünü, xa0həyat hekayəsini yada salaraq ötən illərə Qarabağlı, Qarabağsız günlərimizə səyahət etdik. Nəhayət, xa02016-2017-ci xa0illərin qovşağında kitab işıq üzü gördü. Vətən sevgisini qəlbində yaşadan, xa0Azərbaycan deyəndə qürur duyan insanları təqdimata dəvət edirəm".

Xatırladaq ki, Nigar İsmayılqızı daha əvvəl şəhid Əbdülməcid Axundovun həyat yolundan bəhs edən `Ölsəm...Yaşat` sənədli filmini təqdim etmişdi.

Qeyd edək ki, kitab şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundovanın dəstəyi ilə çap olunub.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin