Cəlil Cavanşir oxucular üçün mühazirə dedi

Hazırda oxunan: Cəlil Cavanşir oxucular üçün mühazirə dedi

181921



“Kitabsevərlər”x9d hərəkatının nəzdində “Oxucu klubu”x9d layihəsinə start verilib. Klub ilk görüşünü iyunun 18-də Odlar Yurdu Universitetində keçirib. Görüşün qonağı tanınmış şair-tərcüməçi Cəlil Cavanşir olub.xa0

Tədbiri giriş sözü ilə açan gənc yazıçı Cavid Qədir “Oxucu klubu”x9d layihəsi və tədbirin məqsədi haqqında geniş məlumat verib.xa0

Moderator.az xəbər verir ki, daha sonra söz alan qonaq "Ədəbiyyatda inteqrasiya və tərcümə" mövzusunda mühazirə oxuyub, iştirakçıların suallarını cavablandırıb.xa0

Ədəbiyyatdakı inteqrasiyadan danışan Cəlil Cavanşir qeyd edib ki, bu istiqamətdə tərcümənin rolu böyükdür. Eyni zamanda, tərcümənin hazırkı vəziyyətindən danışarkən Tərcümə Mərkəzinin və nəşriyyatların işindən də söz açıb: “Bu səpkidə gənc tərcüməçilərə, gənc yazarlara şərait yaradılmasının vacib olduğunu düşünürəm. Hazırda dünya ədəbiyyatından tərcümələr dağınıq və plansız formada həyata keçirilir. Prezidentin sərəncamı ilə 3-4 ildir ki, dünya ədəbiyyatının 150 cilddə nəşri prosessi həyata keçirilir. Bu layihə həm tərcümənin keyfiyyətinə, həm də həcminə görə təqdirə layiqdir. Ancaq eyni müəlliflərin təkrar-təkrar nəşr olunması, dedektiv əsərlərin kütləvi şəkildə tərcüməsi ədəbiyyata xidmət kimi görünsə də, əslində, bu prosessi ləngidir”x9d.xa0
Sözügedən qrupun üzvləri və oxucuların iştirakı ilə baş tutan görüşdə gənc yazıçı Fərhad Amur da mövzu ilə bağlı fikirlərini səsləndirib, özünün yeni çapdan çıxan kitabını tədbir iştirakçıları üçün imzalayıb.

Hazırladı: Elmin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin