Sinəm bir qadın başı üçün ağrıyır indi...

Hazırda oxunan: Sinəm bir qadın başı üçün ağrıyır indi...

181899








BİZİM UŞAQLIQ XATİRƏLƏRİMİZxa0

İçimizdə o qədər böyümək həvəsi var idi
həmişə böyük adamların əyninə paltar alırdıq
evdə deyirdilər ki - gələn ildə geyərsiniz

Əynimizdəki köynəklərin qolları qısaldıqca
biz də böyüyürdük
bir az da ömrümüz qısalırdı, köynək qolları kimi

nə yaxşı həftə sonu var idi,
dəyişəyi olmayan paltarları yumaq üçün

Yazıq anamın dırnaqları su çəkmişdi
paltar yumaqdan
bir də palçığa bələdiyimiz "daroşka"ların üstündə
rezin çəkməylə şaqat eləyirdi yazıq qadın

İndi o daroşkaların üstündəxa0
o qədər iz var ki:
bizim uşaqlıq xatirələrimiz
və bir də anamın ayaq izləri

ONDA DAHA BÖYÜK GÖRÜNÜRDÜK

Gözəl uşaqlığımız vardıxa0
kəndimizdə
park nə idi, bilmirdik
qoyun növbəsindəxa0
oxuyardıq dərsimizi

Onda nənəm ”“ babam sağ idi
o, qədər qoca vardı
kəndimizdə
qocaların hesabına
uca idi kəndimiz də

Onda pulsuz vaxtlarımız var idi
bizə də öyrətmişdilər
cibi boş kişilərin
nisyə siqaret almağını

Onda daha böyük görünürdük
atamız ”“ anamız arxamızda gizlənəndə
işıq pulu yığanlara:
-Evdə heç kim yoxdu ”“ deyəndə.

Atamın sağ əli üçünxa0
aldığı təqaüd də bir işə yaramırdı
deyirdi bu nə puldu
tək qolla yaşayan adam üçün

İndi hamımız təkik
atamın sol əli kimixa0
xa0
xa0 xa0xa0
MƏN DƏ ELƏ DARIXIRAMxa0

Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda.xa0

Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur, təkliyimdə,
özümün pisimə gəlir.

Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür.xa0

Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm.xa0
xa0

SİNƏM QADIN BAŞI ÜÇÜN AÄžRIYIRxa0

Köynəyimi geyən gündən
içimə hopmusan
oturub qurulandığın
dəsmalı yuyuram əllərimdə

Bilirəm qadınlığını
mənimlə görüşəndə hiss etdin
köynəyimi elə düymələmisən ki
qollarım da qalxmır açmağa

o qədər tənhayam ki
sinəm bir qadın başı üçün ağırıyır indi

Biz nə dost olduq
nə də sevgili
təsadüfi görüşlərin xatirəsi qaldı
sənin başında,xa0
mənimsə sinəmdə...
Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin