“Ağır xəstəliklə çarpışa-çarpışa evsiz-eşiksiz qalmaq çox çətindir”x9d

Hazırda oxunan: “Ağır xəstəliklə çarpışa-çarpışa evsiz-eşiksiz qalmaq çox çətindir”x9d

180874

"Yaşımın bu çağında, ağır xəstəliklə çarpışa-çarpışa üstəlik də evsiz-eşiksiz qalmaq mənim üçün çox çətindir. Uzun illərdir ki, heç bir şəraiti olmayan rütubətli, yarımzirzəmi şəraitində olan bir otaqda qalıram. Qələm dostlarım xəstə yatanda gəlib şəraitimi də görüblər. Dəhşətə gəlmişdilər ki, insan bu şəraitdə necə yaşaya bilər?"

Bunu Moderator.az-a açıqlamasında uzun müddətdir ciddi sağlamlıq problemləri yaşayan tanınmış yazar Kənan Hacı deyib.xa0

Kənan Hacı jurnalistlər üçün tikilən binada ona da ev veriləcəyinə inandığını bildirib:

"Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün tikilmiş ikinci binada ev alacağıma bütün varlığımla inanıram. Uzun illərdir ki, mətbuat sahəsində çalışıram. İlk iş yerim “İki sahil”x9d qəzeti olub. Mənim ilk baş redaktorum dəyərli insan Vüqar Rəhimzadə olub. Uzun illərdir ki, evsizlikdən və xəstəlikdən əziyyət çəkdiyimi o da bilir. Mətbuat Şurasının sədri, millət vəkili, çox hörmətli Əflatun Amaşov da mənə köməklik göstərəcəyinə söz verib. 9 ildir ağır xəstəliklə çarpışıram. Ona görə də müxtəlif vaxtlarda çalışdığım APA Holdinqdən və Publika.az-dan öz xahişimlə getmək məcburiyyətində qalmışam. Bunu da nəzərə alacaqlarına inanıram. Müraciət etmişəm, bu günlərdə sənədlərimi də komissiyaya təqdim edəcəyəm”x9d.


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin