Bu gün bəşər tarixinin ən böyük savaşı hesab edilən II Dünya Müharibəsinin bitdiyi tarixdən 72 il ötür. 1945-ci ilin bu günündə Almaniyanın təslim olması ilə faşizmin dünya ağalığı sevdasına son qoyuldu.xa0
Müharibədə iştirak edən 600 min azərbaycanlının içində sonradan dövrün tanınmış alim, yazıçı-şair, siyasi-ictimai xadimləri də yetişdi.xa0
Onlardan biri də Xalq şairi, bir çox məsul vəzifələrdə çalışan Rəsul Rza olub. O, müharibə zamanı hərbi müxbir kimi fəaliyyət göstərib. Bir çox döyüş zonalarında, ön cərgədə olub.xa0
Moderator.az saytının təqdim edəcəyi xatirə də Rəsul Rzanın müharibə həyatından bir səhifəni əks etdirir. xa0Yazının üç qəhrəmanı var: Rəsul Rzanın özü, Məmmədəli Niftəliyev adlı əsgər və “Gözaydınlığı”x9d adlı şeir.xa0
Elə bu hadisəni də üç qəhrəmandan biri ”“Məmmədəli Niftəliyev danışıb:
“1942-ci ildə briqada komissarı məni yanına çağırıb dedi ki, tanış olun, bu gənc oğlan cəbhə qəzetindən gəlib, şairdir. Bölmələrin işi və döyüş fəaliyyəti ilə tanış olmaq istəyir. ”“Əl verib görüşdük. Ayrılanda komissar məni kənara çəkib dedi:
-İstiqanlı oğlandır, həyatını qoruyun və təhlükəli mövqeyə yaxınlaşmasına imkan verməyin.xa0
Komissar yanılmamışdı. Bu gənc hər şeyə maraq göstərir, əsgərlərlə söhbətə girişir, ön xətdə baş verənləri daha aydın görmək üçün irəli can atırdı.xa0
Səngərdən geri qayıdanda hava qaralmışdı. Papaç gölü ətrafında bərk top atəşinə düşdük. Bu atışmadan yanımdakı gənc-şair Rəsul Rzaya da “pay düşmüşdü”x9d. Qəlpələrdən biri sol üzünü yaralamışdı. Mənzilə çatdıq. Yeraltı qazmada gilizdən hazırlanan lampanın işığında onun yaralı üzü ilə bərabər, qəzəbli və kinli gözlərini də gördüm. Söhbətimiz stol arxasında duzlu balıq və suxarı yeməklə davam etdi. Bu halına baxmayaraq, gənc döyüşçülərlə zarafatından qalmır, “sevgilindən məktub gəlib?”x9d, “nişanlın var”x9d deyərək, keyflərini açırdı”x9d.xa0
M.Niftəliyevlə Rəsul Rza müharibə zamanı sonradan bir neçə dəfə də qarşılaşır, köhnə dost kimi görüşürlər. Amma 1942-ci ilin sonlarında Niftəliyevin ailəsi ilə əlaqəsi tamam kəsilir. Evinə məktub yollaya bilmir. Hətta iş o yerə çatır ki, anası, ailəsi onun öldü-qaldısından belə xəbərsiz olur. Elə Niftəliyevin özü də qoca anası və ailəsinin taleyindən nigaran qalır. Əlac kimi hərbi müxbir olan və hər hansı problemi ictimailəşdirmək imkanına malik Rəsul Rzaya məktub yazır. Ondan xahiş edir ki, ailəsinə, ən birinci də qoca anasına onun sağ olduğunu, üstəlik döyüşlərdəki fədakarlığına görə bir çox orden və medallarla təltif olunduğunu, birinci dərəcəli “təltif olunduğunu, cəbhədə partiya komitəsinin birinci katibi olduğunu yazsın.
Məktub nəticəsiz qalmır. Rəsul Rza əvvəlcə əsgərin anasının sağ olduğunu dəqiqləşdirir. Daha sonra ona “Gözaydınlığı”x9d şeirini yazır və oğlunun dediklərini də yanına əlavə edir.
Qəzetdə şeirlə yanaşı qəhrəman döyüşçünün son fotoşəkli də verilir ki, bu da ailəsini böyük nigarançılıqdan xilas edir.
Elmin Nuri
































































































