Ənvər Məmmədxanlı Rəsul Həmzətovu niyə döymək istədi- XATİRƏ

Hazırda oxunan: Ənvər Məmmədxanlı Rəsul Həmzətovu niyə döymək istədi- XATİRƏ

168810


Moderator.az məşhur Dağıstan şairi, bir zamanlar bütün SSRİ-də çox sevilən Rəsul Həmzətovla bağlı bir xatirəni təqdim edir:

Hadisə Azərbaycan ədəbiyyatının böyük şairləri Rəsul Rza və Nigar Rəfibəylinin evində baş verib. Dağıstandan Bakıya gələn Rəsul Həmzətov Səməd Vurğunun evində o zaman gənc olan AYB-nin hazırki sədri, Xalq yazıçısı Anara Rəsul Rzanın onu niyə qarşılamadığı üçün şikayət edib.xa0

Daha sonra o zaman bütün SSRİ-də çox məşhur olan şair Rəsul Rzanın evinə qonaq gəlir. Qonaq üçün açılan süfrə zamanı ziddiyyətli xarakterə sahib olan Həmzətov qanqaraldıcı söhbətlər etməyə, Azərbaycan şairlərinin ünvanına replikalar atmağa başlayıb. Rəsul Rza ev yiyəsi olduğu üçün birtəhər səbr edib, sərxoş qonağa heç bir cavab verməyib. Lakin Həmzətovun atmacaları o qədər çoxalıb ki, sakit və səbirli insan olan yazımı Ənvər Məmmədxanlı da dözə bilməyib. Ona cavab olaraq, öz qəhrəmanları Şeyx Şamilə (hər ikisi avar olub) yazdığı hədyan dolu şeiri fakt kimi göstərib. Təbii ki, Həmzətov o şeiri sovet rəhbərlərinin xoşuna gəlməsi üçün yazmışdı və qarşılığını da orden-medallarla almışdı. Bu cavabdan sonra tutulan Həmzətov daha sərt danışmağa başlayır. Ənvər Məmmədxanlı dözə bilməyərək, ayağa qalxır və ona şillə endirir. Lakin Yusif Səmədoğlunun araya girməsi şillənin Həmzətova dəyməsinə mane olur. Sonradan ara sakitləşir.xa0

Related

Lakin sərxoş halda Azərbaycan şair-yazıçılarına hörmət qoymayan Həmzətov səhəri gün qatılmaq üçün gəldiyi qurultayda öz atmacalarından qalmır. Tribunaya çıxaraq Səməd Vurğundan sonra Azərbaycan ədəbiyyatında heç bir şairin olmadığını deyir. Maraqlısı budur ki, zaldakılar onu alqışlayır. Lakin Mirzə İbrahimov, Qılman İlkin ona acıqlanır.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin