xa0
Tarix boyu ədəbiyyatda erotizm həm çox mübahisəli bir məsələ olub, həm də bir-birindən çox fərqli əsərlərdə geniş yer alıb. Həmin sensasiyalı ədəbiyyat nümunələri də hər zaman birmənalı qarşılanmayıb. Həm həmin bədii əsərlər, həm də onların əsasında çəkilmiş filmlər böyük səs-küyə səbəb olub.xa0
Moderator.az-ın tədqim etdiyi bu yazıda həmin bədii əsərlər haqqında qısa məlumat əldə edə biləcəksiniz.xa0
1. Romalı şair Ovidiusun "Eşq sənəti" əsəri qadınlara və kişilərə sevgili tapmağı, başdan çıxarmağın və əldə tutmağın yollarını, bir sözlə eşqi öyrədir. Bu kitab Ovidius ilə İmperator Augustusu yaxınlaşdırır. Ancaq sonradan bilinməyən bir səbəblə şair sürgün edilir.

2.xa0Petroniusun "Satyricon"u Neron dövrünün zövqə, lüksə, əyləncəyə düşgün səfeh həyatını istehzalı bir dillə izah edən erotik bir əsərdir. əsərin qəhrəmanlarından olan Trimalchio bir çox yazıçı üçün ilham mənbəyi olub. Fitsceraldın "Möhtəşəm Gatsby"sində, Henri Millerin "Qara yaz"ında Trimalchionun adı keçir.

3.xa0Platon "Phaidon" və "Təntənə" adlı əsərlərində bir ilahi Erosdan və bir də dünyəvi Erosdan bəhs edir. Ruhu bir vaxtlar hissəsi olanı axtarmağa itələyən birincisidir. İkincisi isə zövqdən, cinsi əlaqədən, instinktdən başqa bir şey düşünmür. Platona görə erotizm şəhvətin təsviri və yüksəldilməsidir.

4. 14-ci əsrə qədər sinif fərqləri və dinlərin təsiri ilə tabular, qaydalar insan ruhunu həbs edir, insana eyş-işrətin təbiiliyini unutdururdu. "Decameron" əsəri bir tabunun dağıdıcıdır. Boccaccio əsərdə "qəlblərinizi, bədənlərinizi, xəyal gücünüzü oyadın və eyş-işrəti sərbəst yaşayın" çağırışı edir.

5.xa0Marquis de Sade Bastiliya Həbsxanasında incə bir lələk qələmlə, on iki metr on santimetrelik zolaqları bir-birinə əlavə edərək "Sodomonun 120 günü"nü əsərini yazır. İşgəncənin, sadizmin və əxlaqsızlığın hər bir ölçüsünün yer aldığı yaradıcılıq nümunəsi yazılandan yüz on il sonra yayımlanır.

6.xa0Bağdada 150 kilometr uzaqlıqdakı Şumer şəhəri Nippurda yerləşən qədim fars yazılı nümunənin dünyanın ən qədim məhəbbət şeiri olduğu güman edilir. Şeir "Mənim qiymətli nəvazişim baldan xoşdur" kimi erotik misralar yer alır.xa0

7. Ədalət Adaoğlu 1991-ci ildə yazdığı ruh üşüməsi üçün "Eyş-işrətin yazı dilini sınadım" deyir. Qadın və kişinin bir növ həzz nöqtəsinə çata bilməməsini, parçalanmasını əslində əxlaqın, ənənənin, siyasətin və şəxsi maraqların çürüməsiylə əlaqələndirir.xa0

Hazırladı: Zəhra































































































