Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeiri - "Çaşmasın xəyalın, eyləmə küdrət"

Hazırda oxunan: Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeiri - "Çaşmasın xəyalın, eyləmə küdrət"

165097

Bədahətən şeir qoşan, qoşma, gəraylı, bayatı, təcniz, dodaqdəyməz söyləyən ustad Aşıq Ələsgərin indiyədək çap olunmamış bir çox nəzm əsərləri var. Ustad Aşığın məclislərdə bədahətən söylədiyi şeirlər, qoşmalar var ki, kimlərinsə arxivlərində yatır.xa0

Bu günlərdə gənc yazar Qılman İman Moderator.az-a Aşıq Ələsgərin heç yerdə çap olunmamış bir şeirini təqdim edib.xa0

Dini motivdə, qoşma janrında yazılmış bu şeirdə aşıq İslam dininin kökü olan üsuliddin haqqında ətraflı məlumat veirir. Həmçinin İslam dininin müqəddəs kitabı olan Qurani -Kərimin, namazın, orucun mahiyyətlərindən bəhs edir. Bu şeir bir daha Aşıq Ələsgərin İslam dinini mükəmməl şəkildə bildiyini sübut edir. xa0

"Suliddin beş kəlmə, əvvəli Tohid,
Dəlilində yek - Allahı göstərir.
İkinci adildi - yəni ədalət,
Ədil adlı padişahı göstərir.

Üçüncü nübüvvət, haqdı peyğəmbər,
Adəmdən Xatəmə verilib xəbər.
Yazılıb ayələr, olub möhtəbər,
Quran bizə doğru rahı göstərir.

Dördüncü bərhaqdı, on iki imam,
Zahirdə yəqindi - bilmirəm tamam.
Aqibət dərdimə eylədi əncam
Məhəmməddir, din pənahı göstərir.

Beşinci məaddı - ölmək, dirilmək,
Bizlərə vacibdi bunları bilmək.
Əməlin əlində məhşərə gəlmək,
Həm savabı, həm günahı göstərir.

Əvvəl sövmü-salat vacibdi bizə,
Bərhaqdı Xaliqim, görünməz gözə.
Orucsuz, namazsız, təharətsizə,
Məhşər günü nurullahı göstərir.

Ələsgər, çəksən də zar ilə zillət,
Çaşmasın xəyalın, eyləmə küdrət.
Bu zari-fənada nə qədər möhnət,
Hər nə görsən, barillahı göstərir".


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin