"İlyas Qağamız ocaq kimiydi, yuva kimiydi, gələcək kimiydi..."

Hazırda oxunan: "İlyas Qağamız ocaq kimiydi, yuva kimiydi, gələcək kimiydi..."

163075

Uzun zamandır gözlərdən uzaq gəzən tanınmış şair İlyas Tapdıq haqq dünyasına qovuşdu. Ürəyində yaranmış problemə görə müalicə olunan şair uzun müddət idi ki, xa0evdən bayıra çıxmırdı. Heç media qurumları da neçə vaxt idi ki, şairi arayıb, axtarmırdı, əhvalını soruşmurdu.xa0

Ancaq nə yaxşı ki, vəfalı dostları, zamanında dayaq durduğu qələm adamları şairi tək qoymurmuşlar. Telefonda olsa belə İlyas Tapdıqın səhhəti ilə maraqlanır, vəziyyətindən hali olurmuşlar.xa0


İlyas Tapdıqla iki gün əvvəl şair Ayaz Arabacı telefonla danışıbmış:

“Acı xəbərdi, çox acı xəbər...
İki gün qabaq axşamüstü zəng elədim xeyli dərdləşdik.Uşaq kimi kövrək olmuşdu. Hamımız Qağa deyirdik. Onu çox istəməmək mümkün deyildi. Son vaxtlar yatağa düşmüşdü. Xəstəlik çox üzmüşdü, amma gümrahlığını qoruyur, üzgünlüyünü biruzə verməməyə çalışırdı. Çətində onu arayırdıq. Bütün işlərimizə köməyi dəyirdi, hər yerdə üzünə qapıları sevə-sevə açırdılar.
İlyas Tapdıq - İlyas Qağamız ocaq kimiydi, yuva kimiydi, gələcək kimiydi. Şəxsən mənim üçün ümid və işıq rəmziydi.
Ruhun şad olsun USTAD”x9d.


İlyas Tapdıqın ölüm xəbəri Türkiyədə yaşayan dəyərli şairimiz Məmməd İsmayıla da çox pis təsir edib:xa0

“Gecənin bu aləmində ağır xəbər döydü bilgisayarımın qapılarını, gözəl insan, istedadlı şair, bunların hamısının ötəsində xeyirxahım olan İlyas Tapdıq dünyasını dəyişib. Yola salmağa hazırlaşdığımız 2016-cı il yaddaşımda dost itkiləri ili kimi qalacaq. İlk gənclik çağlarımda İlyas müəllimin təmənnasız qayğılarını çox gördüm. Burda o qayğıların nədən ibarət olduğunu təkrarlamaq fikrindən uzağam. Rəhmətliyin 75 illiyində 525-ci qəzetdə haqqında yazmış olduğum məqalədə bu barədə geniş yazmışdım. Nə yazıq ki, indi mənə ancaq rəhmətliyin ruhu qarşısında günahkar olduğumu etiraf etmek qalır. Avqustun sonlarında evinə zəng edib görüşünə gələcəyimi söyləmişdim, amma sonralar problemlərdən başım açılanda artıq Türkiyədə olduğumu görecəkdim. Doğrudur, telefonla əlaqə saxlayacaqdım, amma bu, daldan atılan daş olacaqdı. Bunları deməkdə məqsədim odur ki, nə yazıq ki, sağlığımızda bir-birimizə dəyər verməyi bacarmırıq. Ölüb getdikdən sonra arxalarından göz yaşı axıtmağın da bir yararı olmur. Məkanı cənnət olsun İlyas müəllimin!

Allahım, sÓ™hv etdim, hayanda nÓ™yi
NÓ™dir bu Ó™ndişÓ™, nÓ™ bu çÓ™k-çevir?
Hardan bilÓ™siydim ölüm mÓ™lÓ™yi
MÓ™ni sevÓ™nlÓ™ri mÓ™ndÓ™n çox sevir..
NÓ™ deyim zÓ™nnimÓ™, yanıldı zÓ™nnlÓ™r
Kim qÓ™bul edÓ™cÓ™k axır tövbÓ™mi.
Bir-bir çıxıb gedir mÓ™ni sevÓ™nlÓ™r,
Ölüm sırasından alıb növbÓ™mi...”x9d


Qürbətdə yaşayan daha bir ziyalımız, jurnalist Elbəyi Həsənli isə İlyas Tapdıqla bağlı bir xatirəsini bölüşüb:

“Bu gün vəfat etmiş İlyas Tapdıla bağlı bir xatirəmi bölüşməyi lazım bildim. Sövet dönəmində "Azərbaycan Gəncləri" qəzeti çıxırdı. Həmin qəzetdə mənim şerlərimin ora-burasına əl gəzdirib çap etdirdi. Haqqımda geniş təqdimat yazdı. Uğurlu yol dilədi... Şerlərim çap olunan günü elə bilirdim ki, dünyada məndən böyük şair yoxdur. Heç olmayacaq da. Adam gənc olanda çox iddialı olur...
Düzdür, mən Ustadın etimadın doğrultmadım. Yəni, məndən fərli şair çıxmadı. Əvəzində jurnalist kimi qələmdən bərk yapışdım...
2-3 il bundan qabaq bu barədə özünə də yazmışdım. Mənimlə bağlı yazdıqlarını xatırlaya bilməsə də, çox sevindi. Dedi ki, qəm yemə, yaxşı jurnalist elə babat şair kimi bir şeydir...
Allahdan İlyas Tapdıqa rəhmət diləyirəm. Həyatımda son dərəcə önəmli rol oynayıb. Tanımadığı birisinə təmənnasız dəstək vermək hər kişinin işi deyil. Deyim ki, ondan sonra kimsədən təmənnasız dəstək görmədim...
Allah rəhmət eləsin...”x9d


Hazırladı: Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin