Yadlar anlamaz bizi, ey, mənim dərd ortağım...

Hazırda oxunan: Yadlar anlamaz bizi, ey, mənim dərd ortağım...

159008






















ÜRƏYİM
(Qənirə PAŞAYEVA)

Yorğun, üzgün ürəyim ”“
Sirdaşım, həm düşmənim
Biz ki yaxşı dost idik
Nə girdi aramıza.?!
Mən də ağrıtdım səni
Sən də amansız oldun
Bu gecə yuxusuzam
Ürəyim, gəl, dərdləşək;
Bir sən, bir mən, bir gecə
Duyğuları bölüşək.xa0
Bilirəm ki yorğunsan,
Çox üzgünsən, nə deyim? ”“
Məni yuxusuz qoyan
Ağrıların cəzamdır ”“
Artıq keçəsi deyil”¦
Gəl, dərdləşək, ay ürək,
Məni dinlə sən, Allah..!xa0
Mən səni anlayıram
Sən də anla sən, Allah..!
Asan deyil yaşamaq
Sən, ey qadın ürəyi!..
Sən deyən dünya deyil,
Dörd yan hiylə, yalanmı? ”“
Gerçək insan olana
Dünya ahmı-amanmı..?
Bilirəm, dinləmədim,
Bəzən üsyanlarını;
Bəlkə heç soruşmadım
Səndən ağrılarını.?!
Səninlə aramıza
Bəzən də ağıl girdi:
-Dinləsən onu əgərxa0
Başın dərdə girəcək,
Çilən də bitməyəcək ”“
dedi, durdu ağılım”¦
Öyrənmədinmi hələ? ”“
Bu insafsız dünyada
Çox qaldım aranızda.xa0
Haqlı səndin bilirəm
Amma inan, ürəyim,xa0
Mən səndən çox ağrıdım.
Saçımdan dırnağıma
Bitməz ağrılarım var.
Elə yaralarım var”¦
Niyə söyləyirəm ki? ”“
Sən ki bunu bilirsən
Sənə haqsızlığıma,xa0
Bəraət yox, bilirəm”¦
Amma anlamalısan,
Məni dinləməlisən.
”¦Gəl, sən də etiraf et,
Məni üzdüyün oldu.
Səni dinləməyəndəxa0
Küsüb susduğun oldu.
Yanlış sevdaya düşdün,
Ağrıların bitmədi;
Yuxusuz gecələrdəxa0
Ünüm O-na yetmədi.
”¦Keşkə bir az anlasan”¦
“Niyə susdun?”x9d deyirsən;
O amansız yalana
“Niyə dözdün?”x9d deyirsən.
O çoxüzlü ilana
Sən ki belə deyildin
“Niyə susdun?”x9d deyirsən.
Gəl bağışla, ürəyim,
Yaş üstünə yaş gəlir ”“
Bəlkə, cürət azalır.
Nə sən o sənsən daha,
Nə də mən mən deyiləm”¦
İndi ürəyi döyənxa0
Yaralı bir yolçuyam.
Gəl bağışla, ürəyim
Bəzən susduğum oldu.
Amma günah bölmədim ”“
Bunu ki sən bilirsən..!
Səni və Yaradanıxa0
Unutduğum olmadı.
Səni sevdim, ürəyim,
Körpə uşaq kimisən.
Sanki bu Yer üzünə
Göy üzündən enmisən;xa0
Qərib dərviş kimisən
Gəl bağışla, ürəyim.
40-ı başa vurmuşuq,
Biz illərin dostuyuq;xa0
Nələri bölüşmədik..?
Az qaldı çiləmizə.
Bir az da döz, ürəyim.
Bir imtahan veririk ”“
Dərsimiz İNSANLIQdır...
Kimləri bağışladın,
Nələri bağışladın? ”“
Sevgi, Anlayış adlı
qonaqların çox oldu.
Yaradana bağlısan
Bağışlaya bilərsən
Gəl bağışla, ürəyim.
Bugün məni döysən də,
Mənim bu Yer üzündə
Səndən yaxın kimim var?
İki sirdaş kimiyik
Bol dərdimiz dilsizdir.xa0
Acılarımız səssiz,
Göz yaşları təsəlli”¦
Məni döymə, ürəyim.
Məni əymə ürəyim..!
Gecə yaman uzandı,
Mənə bir az zaman ver.
Bir az güc ver, ürəyim.
Bu gecə çox yorğunam,xa0
Bu gecə çox durğunam.
İllərin yorğunuyam,
Ey, mənim yol yoldaşım..!
Nə var birgə çəkmişik,xa0
Ey, mənim can sirdaşım..!
Yadlar anlamaz bizi,
Ey, mənim dərd ortağım.
Bizi bir tək O anlar,
Ey, mənim güc qaynağım.
Bizi sirdaş yaradan
Dinləyir bizi, ürək.xa0
Bizi yoldaş yaradan,xa0
Anlayır bizi, ürək.xa0
İmtahanı ağırdı
Sınayır bizi, ürək.
Bu gecə çox yorğunam,xa0
Çox durğunam bu gecə...
Məni döymə, ürəyim.
Əymə, məni, ürəyim.
Əgər bacara bilsən
Gəl bağışla, ürəyim.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin