Səksən "həşdad" bəlasından nə zaman qurtulacaq?Âxa0

Hazırda oxunan: Səksən "həşdad" bəlasından nə zaman qurtulacaq?Âxa0

158570

“Həşdad" bəla olub, ilişib dilimizə. Deyənlər tapılar ki, dilimizdə nə çoxdur fars sözü və başqa əcnəbi sözlər. Bir "həşdad"ı tullamaqla təmiz xa0Ana dili yaradacağıq? Doğrudur, çağdaş dilimiz nəinki fars, ərəb, rus, Çin, Avropa və başqa sözlərlə də zəngindir. Bu sözlər hazırkı ədəbi dilimizdə, yazımızda işlənir. Amma məsələ burasındadır ki, "həşdad" ədəbi dildə və yazıda işlənmir, yalnız məişət səviyyəsində "qorunub saxlanır". Və bəzən ən mötəbər kürsülərdən belə mötəbər şəxslərin dilindən səsləndirilir.

Bəlkə də, indiki problem zənginliyində bu "həşdad" məsələsi bayağı, yerinə düşməyən söhbət kimi görsənə bilər. Lakin, nəzərə almaq lazımdır ki, söhbət dəqiqliyi sevən rəqəmlər sistemindən gedir.xa0
Təəccüblüdür, yeddinin yetmişi, doqquzun doxsanı olduğu halda niyə səkkizin səksəninə "həşdad" deyillər? Hansı mənəvi, ideoloji və bəlkə də, bioloji tələbatdır Azərbaycan insanını buna vadar edən?xa0

Sələflərimizin uğursuz bir örnək olaraq bu günümüzə xa0daşıdığı absurd "həşdad"dan qurtulmağın zamanı deyilmi? Heç olmasa, yeni gələn nəsillərimizin dilini bu yad elementin təsirindən qorumaq üçün.

Suallarımıza Ana dilimizi qoruyan və bu sahədə hər zaman mübarizə aparan Xalq şairi Sabir Rüstəmxanlıdan cavab almağa çalışdıq.xa0

Image


Sabir Rüstəmxanlı Moderator.az-a mövzu ilə bağlı açıqlama verərkən ilk öncə özünün heç vaxt “həşdad”x9d sözünü işlətmədiyini dedi: xa0

“Tək “həşdad”x9d deyil ki, onlarla belə sözlər var ki, indi də yanlış olaraq işlədilir. Mən heç vaxt “həşdad”x9d deməmişəm, bütün ömrüm boyu “səksən”x9d demişəm və bu cür də davam edirəm. Yanımda deyən olanda da düzəldirəm ki, “həşdad”x9d fars dilindədir, bizim dilimizdə səksəndir. Hər kəs öz özlüyünün, paltarının təmizliyinə necə baxırsa, dilinin, fikrinin təmizliyinə də o cür baxmalıdır.xa0


Xalq şairi daha sonra bildirdi ki, bu istiqamətdə aparılan işlər daha da sürətləndirilməlidir:
xa0
Dilimizdəki fars sözlərinin əvəz edilməs üçün köklü tədbirlər ailədən, məktəbdən, kitablardan başlamalıdır. Bu istiqamətdə proses gedir, tədricən, yavaş-yavaş dil, mühit, şərait o sözləri bizim dilimizdən təmizləyir. Amma bu bir az daha çevik aparılmalıdır. Terminologiya Komitəsinin xətti ilə məktəblərə, dərslik müəlliflərinə, KİV-lərə, xüsusən də televiziya və radiolara təlimatlar, məsləhətlər verilməlidir. Bildirilməlidir ki, bu sözlər bu qarşılıqları ilə əvəzlənməlidir. Məncə belə olan təqdirdə bir neçə ilə bu məsələ həll olunub qurtarar”x9d.xa0


Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin