Sanatoriyada Kəmaləddin Qədim havası

Hazırda oxunan: Sanatoriyada Kəmaləddin Qədim havası

147071

Tanınmış şair, Prezident təqaüdçüsü, “Türk ədəbiyyatına xidmət”x9d (Türkiyə), ”x9dŞahmar Əkbərzadə adına “ Beynəlxalq Ədəbiyyat mükafatları laureatı Kəmaləddin Qədimlə Bilgəh  sanatoriyasında dincələn oxucuların görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə açan Bilgəh Sanatoriya kitabxanasının müdiri Nəzifə Babayeva şairin həyat və yaradıcılığı haqqında qısa məlumat vermiş, bu görüşün xüsusi əhəmiyyətindən danışmış, oxucu ilə şair arasında körpü rolunu oynayan kitabxananın bu günkü əhəmiyyətini qeyd etmişdir.

   Sonra filologiya elmləri doktoru, şair Sərdar Zeynal Kəmaləddin Qədimin yaradıcılığı haqqında geniş danışmış, onunla olan yaradıcılıq əlaqələrinin bəzi məqamlarına diqqət çəkmişdir.

     Görüşdə iştirak edən şairin qələm dostlarından “Ulduz”x9d jurnalının poeziya şöbəsinin redaktoru, tanınmış şair Fərqanə Mehdiyeva, “Yada düşür”x9d jurnalının təsisçisi, istedadlı  şair Nəzakət Məmmədli, İslam Əzimov , Məmməd Tahir və başqaları çıxış edərək Kəmaləddin Qədimlə dostluq əlaqələrindən danışmış, şairin yaradıcılığındakı bəzi məqamları xüsusi qeyd etmişlər.

   Sonra söz şairə verilmişdir. Bu görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən şair onu da vurğulamışdır ki, oxucu ilə belə  birbaşa ünsiyyət həm şair, həm də oxucu üçün çox əhəmiyyətlidir. Kəmaləddin Qədim daha sonra yeni şeirlərini oxumuş, oxucuların suallarına cavab vermişdir.

      Sonda çıxış edən Cənubi Azərbaycandan gəlmiş şair Xosrov Barışan, oxuculardan Rafiq Abbasov, Ramiz Həsənov şair Kəmaləddiun Qədimə yeni yaradıcılıq uğurları arzulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin