Moderator.az tanınmış şair, MN mətbuat xidmətinin keçmiş rəhbəri, ehtiyyatda olan polkovnik Ramiz xa0Duyğunun "Mamırlar" şeirini oxuculara təqdim edir:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
xa0 xa0 xa0 xa0 xa0 xa0 Məmməd Araz
Əməliylə sözü taraz,
Məmməd Araz!
Böyük ustad,
Ruhun da şad...
Mamır olub sən Vətənin
Qayasında bitə bildin.
İstəyinə yetə bildin.
Vətən sənə oğul dedi;
Sən vətənin göylərində
Dərdli-dərdli
Leysan tökən bulud oldun.
Sən vətənin dağlarında
Uca-uca qayalarda,
Şimşəklərlə əlbəyaxa
Cəngə girən palıd oldun...
Böyük ustad!
Azərbaycanın qəlbində
Cövlan edən
Ruhun şad...
Qardaş,
Bu gün bilirsənmi,
Bu torpaqda heç nə qədər,
Mamırlar var?
Vətən oğul demədiyi bu mamırlar
Göydən yerə
Qucaq-qucaq “damırlar”x9d.
Bu vətənin qayasında,
Yox, ay Məmməd,
Bu vətənin yaxasında
Bitirlər.
Ürəyininxa0
Yuxasında bitirlər,
Lap çulunda ”“
Çuxasında bitirlər.
Bu Vətənin qoltuğuna
Çəngə tüktək
Qısılıblar bu mamırlar.
Bu vətənin boğazından
Qalstuktək
Asılıblar bu mamırlar.
Vətən adlı kresloya
Dırmaşıblar bu mamırlar.
Bu vətənin bədəninə
Sarmaşıblar bu mamırlar.
Bu vətənin sinəsinə siniblər,
Bu vətənin lap atdanıb
Boynuna da miniblər.
Çixmaq da ki,xa0
Istəmirlər qoynundan.
Düşmək də ki,
Istəmirlər boynundan...
Bəzisinin heç yaşı da bilinmir,
Bacısı da
Qardaşı da bilinmir.
Vəzifənin ən süsündə
Bitiblər bu mamırlar,
Xas vəzifə kürsüsündə
Bitiblər bu mamırlar...
Bəziləri dişlərini
Bu millətə qıcıblar.
Bu dövlətin büdcəsinin ağzını,
Öz ailə
Büdcəsinə açıblar.
Bəzisinin
Içi mamırdı,
Bəzisinin çölü mamırdı.
Layiq olan da mamırdı,
Olmayan da mamırdı.
Bir çoxusu öz adını
Iş adamı qoyubdu.
Millət onların adını
“Şiş”x9d adamı qoyubdu.
Bu millətinxa0
Gileyində yaman şiş,
Qismətində, taleyində yaman şiş.
Göyə çatır,
Göyə dəyir boyları.
Villaları, şirkətləri,
Sarayları, toyları...
Hər cür mala
Istənilən məzənnəni qoyurlar,
Camaatı soğan kimi soyurlar.
Ətbaz,xa0
Qəssab mamırlar,
Yalan qusan, saxta,
Kəzzab mamırlar.
Vətən oğul demədiyi mamırlar,
Göydən yerə xa0“damırlar”x9d..
Rüşvət onların əlində,
Elədikcə edirlər,
Rüsxət onlarin əlində
Hara desən gedirlər.
Düzüm sahibidirlər,
İzn sahibidirlər.
Kürül-kürül bankları,
Valyutanı
Zəmi-zəmi biçirlər.
Altlarında “ tankları”x9d
İstədikləri çayı
Üzə-üzə keçirlər...
Belə işlər,
Əməli düz, sözü taraz,
Məmməd Araz!
Vətən oğul demədiyi mamırlar,
Göydən yerə damırlar.
Böyük ustad,
Ruhun şad!...
































































































