Moderator.az tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin hissə-hissə təqdimatına başlayıb.
Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk...
“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”x9d.
Karl Popper
Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/136717.html
I Bölüm. “Salvador Dali”x9d qayıdır
(Davamı)

Rəssam: Məni üzrlü sayın. Dostlar gəlmişdi vidalasmağa. Gec cavab yazdım. İndicə getdilər.
Qadın: Xoş gəldiniz...
Rəssam: Siz gecələr işləməyə vərdiş eləmisiniz, ya iş çox olanda belə gec qalırsınız? Yazı-pozu işinə gecə yaxşıdı, əksər yazılarımı gecələr yazmışam. Şəkilləri isə gündüzlər çəkirəm. Mənə elə gəlir ki, rəngləri yalnız gün işığında duymaq olar. Düzdü, axşam çəkənlər də var, keçmişdə lap şam işığında da çəkiblər. Amma mən buna öyrəşməmişəm. Son vaxtlar isə lap tez yatıram, buna yatıram demək də olmur; yarıyuxulu, yarıoyaq. Şair demiş:
“Gecə birin yarısıdı,
Nə dünəndi, nə sabah.
İki günün arasında
canım sıxılır, Allah”x9d.
Arxasını unutdum, Bakiya gələndə yazaram. Ramiz Rövşənindi.
Qadın: O, çox populyardır. Sosial şəbəkələrdə tez-tez rast gəlirəm onun şeirlərinə.
Rəssam: Mən az oluram bu şəbəkələrdə. O birilərini tanımıram, tək bura girirəm hərdən.
Qadın: Elə düz edirsiniz. Burda hamı səni öz ovqatına kökləmək istəyir. Maraqla oxuyacağın 5-i varsa, 55 dənə də mənasız mesaj görəcəksən.
Rəssam: Şəbəkələşmənin üstünlükləri də çoxdu ”“ ünsiyyət, bölüşmək kimi. Adamın ünsiyyətə ehtiyacı çörəyə, havaya tələbatı qədərdi. Robinzon Kruzo tənha yaşadığı adada düzəltdiyi kuklayla danışır. Bir alman filmi var, səhv etmirəmsə, adı ”x9dQULAQdan qaçış”x9d olmalıdı. Düşərgədən qaçmağa qərar verən bir alman əsirinə həkim həmvətəni yardım edir, yol göstərir. Onun məsləhətlərindən biri də belə idi: ”x9dTənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”x9d. Başqası ilə ünsiyyəti olmayan özü ilə danışır. Onda da beləsinə dəli deyirik.
Qadın: Orası elədi. Ünsiyyət depressiyanın dərmanıdır. Burda bir qapalı qadın qrupumuz var. Əvvəl az idik, indi xeyli çoxalmışıq. Çəkinmədən hər dərdimizi bölüşürük. Depressiyalı vaxtlarımda o qrup məni xilas elədi. Sanki məndərdli qadınları xüsusi olaraq yığıblar bura. Danışdım, dinlədilər. Danışdılar, dinlədik. Sonra özüm də neçə adama yardımçı oldum. İnsan kiməsə gərəkli olduğunu biləndə özünü xoşbəxt sanır. Odur ki, ünsiyyətlə bağlı fikirlərinizi bölüşürəm.
Rəssam: İstənilən adam haqqında təsəvvürü onun oxuduğu kitab, bəyəndiyi yazıçı, dinlədiyi musiqi yaradır. Sizi tanımayana özünüzü hansı bədii əsər, yazıçı və ya şair, musiqiçi, yaxud rəssamla təqdim edərdiniz?
Qadın: Konkretləşdirmirəm, çünki birmənalı cavab verə bilmərəm. Amma fikrimi belə yaza bilərəm ki, kitab ağıla bağlıdır ”“ ağılın tutumundan artıq verimli kitabdan zövq alıram. Musiqi qəlb məsələsidir, qəlbin ovqatına tabedir. Odur ki, bəzən rokun ürəyə dinclik gətirməsi, sakit klassikanın qəlbi təlatümə salan halları da baş verir. Rənglərsə ruhun inikasıdır: qara ”“ zəncirləyir, boz ”“ didir, ağ ”“ təzələyir, qırmızı ”“ qorxudur, mavi ”“ qanadlandırır, yaşıl ”“ dincəldir. Bilmirəm zövqümü duyub məni tanıya biləcəksinizmi?!
Rəssam: Mən Sizi söz-söz, cümlə-cümlə tanıyacam. İndisə yenə getməliyəm. Bu gün çıxıram, hazırlaşmalıyam. Sizinlə söhbətdən böyük zövq aldım. Təşəkkür edirəm. Səfər boyu imkan düşdükcə yazacam.
Qadın: Uğurlu yollar! Yazın!
Meksikadayam. Paytaxtı çox gəzə bilmədim. Çapultəpək deyilən məşhur muzeyə də gedə bilmədim. Amma bir də gələcəm, mütləq türk izinə burada da düşəcəm. Deyirlər orada qədim türklərin çox nişanələri var. Elə adındakı “təpək”x9d sözü yerli dildə “təpə”x9d anlamını verir. Nə isə, hər yerdə türk nişanələri axtarmağım çoxdankı vərdişimdi. Sizə Özbəkistanda olan bir olayı nəql edim. Səmərqənddə özbək dostuma biz türklərin qədimliyindən, əzəmətindən danışırdım. Müxtəlif sözlərin açmasını yozurdum, bəzən həddi aşıb ağ eləyirdim də, Kamçatka ”“ “Gəmi çatdı”x9d, Madaqaskar ”“ “Məşədi Əsgər”x9d kimi. Axırda zarafatıma özbək dostum belə son qoydu: “Bəli, biz özbəklər də çox qədimik. Amerikanı da bizim “Əmir əkə”x9d kəşf eləyib”x9d.
...Kankun şəhərindəyəm. Qəraib dənizinin sahilindədi. Bitib-tükənməyən çimərliyi var. Bu tərəflərin ən böyük kurort şəhərlərindəndi. Qaldığım “Oasis Viva”x9d hotelində pəncərəm dənizə açılır. Səhərdən nədənsə “Qəraib dənizinin quldurları”x9d filmi beynimdən çıxmır. Buranın adamları balacaboy, gülərüz, səmimidilər. Heç inanmağın gəlmir ki, bu insanlar o dəniz quldurlarının törəmələridi...
Qəraib... Qorxulu səslənir, cin-şəyatin kimi. Karib yaxşıdır... Karib dənizi, onun quldurları... və onların törəmələri... Heç biz də indi Koroğluya, Babəkə oxşamırıq... Adamın sizə qoşulub gəzməyi gəlir. Amma yox, qorxuram qaçıralar məni, siz də quldurlarla mənim üstümdə davaya çıxasınız. İşiniz də yarımçıq qala. Nəysə, səfəriniz uğurlu olsun. Özünüzdən muğayat olun. İmkan tapdıqca yazın. Yazın görüm, dünyanın o üzündə daha nələr var!?
İki gündü Havanaya gəlmişəm. Qaldığım hotel 1959-cu ilədək “Hilton”x9d adlanıb. İnqilabdan sonra adını “Habava Libre”x9d qoyublar, yəni “Azad Havana”x9d. Amma azadlıqdan əsər-əlamət də yoxdu bu ölkədə. Burdan şəhər ovuc içi kimi görünür. Okeanın “üst”x9dü səmanın “dib”x9diylə qucaqlaşıb. İşə bax, bu “qucaqlaşmaya”x9d üfüq deyirlər... Kuba qapalı ölkədi. Keçmiş SSRİ kimi. Siz xatırlamazsınız o dövrləri. Kommunistlər hələ də vəd etdikləri kommunizmi qura bilməyiblər burda. Deyəsən, indi heç özləri də buna inanmırlar. Nəysə... Burada internet problemdi. Yalnız bu hoteldə var, o da səhər doqquzdan axşam doqquzacan. İnanmazsınız, bu üç-dörd cümləni yazmaq üçün 45 dəqiqə sərf elədim. Camaat növbə gözləyir. Çıxmalıyam.
Havanada bizim Torqovıya bənzər yer var. Suvenirlər, rəsm əsərləri satırlar. Gəzməli yerdi. Maraqlı rəssamları var. Amma satışda rəsmi ideologiyadan kənar əsərə rast gəlməzsən. Burada əsas mövzu maşınlardı. Qırx-əllinci illərin maşınları üstünlük təşkil edir. Otuzuncu illərin, hələ istəsən iyirminci illərin də avtomobilinə rast gələ bilərsən. Bir sürücü maşınındakı siqnala basıb fəxrlə deyirdi ki, 1914-cü ildən qalmadı. Köhnə maşınlar Kubanın brendidi ”“ siqar kimi, Çe Gevara kimi. Sərhədlər açılanda ilk biznes elə bu maşınların alğı-satqısıyla başlayacaq, güman ki. Məni isə...
Rabitə qəfil kəsildi dünən. Bütün günü internet olmayıb. Burda Sizi canlı xətdə tuta bilmirəm. Doqquz saat fərq var, indi yatmısınız yəqin. Amma hər halda oxuyursunuz yazdıqlarımı. Harda qalmışdım dünən? Hə... maşınlarda. Amma məni maşınlar yox, rəsmlər maraqlandırır. Axır ki, əsl mən deyən əsərləri tapdım. Məni dar, üfunət qoxuyan küçələrlə apardı velotaksi sürücüsü. Arıq, dərisi gündən əriyib qaralmış, üzünü qırxmağa sanki heyi qalmayan bir rəssamın evinə gün əyiləndə girdik. Yarıqaranlıq zirzəmi... İlahı, burada insan yaşayar!? Siz bunun əsərlərinə baxın... Bazara çıxardığını ayrı yığıb. Bunun “sandıq rəsmləri”x9d əsl sənət əsərləridi. Mən onların Xorxe Kamaço, Vifredo Lam kimi məşhur sürrealist rəssamları haqda oxumuşdum, rəsmlərini görmüşdüm. Bu, onlardan heç də geri qalmır. Mütləq bu bədbəxt rəssamın da əsərlərinin baha qiymətə satılan, dəyərləndirilən zamanı çatacaq. Amma çətin o bunu görə. Somerset Moemin “Ay və qəpik”x9d əsərini oxumusuz? Tapıb oxuyun. Rəssam bədbəxtliyi (həm də xoşbəxtliyi) haqqında ən kədərli əsərlərdən biridi. Nə isə... Cəmi iyirmi dollara çox gözəl rəsm aldım... Görüm buranın rəsmi orqanlardan icazə ala bilsəm, bu rəssamın YUNESKO xəttiylə keçirəcəyimiz böyük bir sərgiyə dəvət olunmasına çalışacam. O dahidi, heç kimin tanımadığı dahi... Yenə çıxmalıyam. Sabah başqa şəhərlərə gedəcəyik, maşın kirayələmişik. Bu ölkəni qarış-qarış gəzəcəm. İnternet olmayacaq. Sonra yazaram. Hələlik.
Son günlər internetə girmirdim, yazılarınızı indi oxudum. Yadıma Salvador Dali düşdü. O, rəssamların kasıb olmasını qəbul etmirdi. Yəqin siz də oxumusunuz, xatirələrində yazırdı ki, hələ cavan vaxtı imkan daxilində türməyə tez girib çıxmağı, bir də xüsusi əziyyət cəkmədən milyonçu olmağı özünə söz veribmiş. Hər ikisinə də əməl edib. Onun sözləridir: “Самый проÑx81той Ñx81поÑx81об избежать компромиÑx81Ñx81ов из-за золота ”“ Ñx8dто иметь его Ñx81амому. Когда еÑx81ть денги, любаÑx8f «Ñx81лужба» терÑx8fет вÑx81Ñx8fкий Ñx81мыÑx81л. Герой нигде не Ñx81лужит! Он еÑx81ть полнаÑx8f противоположноÑx81ть Ñx81луге”x9d . Sizə uğurlu yollar diləyirəm.
Salam. Mən qayıdıram. İki günə ordayam. Əlbəttə, Dali dahidi! Amma onunla qəribə dostluğu olmuş Bunuel də, Lorka da dahidilər. Üçünü birlikdə təsəvvür eləyin. Üç dahi, Dali-Lorka-Bunuel üçbucağı ”“ Azadlıq-Sənət-Sevgi üçbucağı.
Salvador Dali xoş gəlir!
II Bölüm. “Lillian Gish”x9d
Yazışmalar bir növ kəşfiyyat xarakterlidi, hiss olunur ki, əvvəl-əvvəl intellekt nümayiş etdirirlər. Mətnə ağırlıq verəcəyini zənn edib, istədim buna da əl gəzdirim. Sonra fikrimdən daşındım. Sosial şəbəkədə bir-biri ilə təzə tanış olanlar özlərini intellektləriylə təqdim edirlər. Bura canlı görüş yeri olmadığından kişilər xarizması, ədası, qadınlar gözəlliyi, xüsusi manerası, lap belə vurduqları ətrin qoxusu ilə qarşısındakında rəy yarada bilmirlər. Odur ki, qalırlar zövq və intellekt umuduna. Heç bir fikrə toxunmadım. Təbiiliyini saxlasın deyə yazışmalara əlavələr eləmədim. Təkrar oxunuşlarda anladım ki, məntləri maraqlı edən elə həm də informasiyalarla bol olmasıdır.
Vətən adamı aeroportda qarşılayır. Bura düşən kimi bir-birinə uyuşmayan, təzadlı hisslər keçirirsən. Həm sənə doğma gəlir, həm də yad. Xüsusən də uzun müddət ayrı qalanda olur bu duyğu. Tanış əhatəyə düşsən də keçmiş qırıq-qırıq yadına düşür, yaddaş yavaş-yavaş bərpa olunur. Hardasa, nə vaxtsa görmüsən, bunu dəqiq bilirsən, amma tam xatırlamırsan. Yada salmaq üçün düşünməlisən. Fransızlar buna dejavü deyir ”“ nə vaxtsa, hardasa görmüsən! Sanki realda yox, illüziya dünyasındasan, iştirakçı yox, müşahidəçisən. Doğmalıqda özünü yad duyursan...
Dünəndən gəlmişəm. Axşam internetə girə bilmədim. Yuxu məni tez apardı. Görünür, Sizinlə canlı yazışmaq üçün yenidən uzaqlara getmək lazımdı.
Soruşmayacam necəsiniz, təxmin edirəm. Bura qayıtmanıza üzüldüm. Xarici ölkələrin yaşayış tərzinə öyrəşənlər geri qayıdanda bir müddət əziyyət çəkirlər. Hətta depressiya keçirənlər olur. Neçə adam tanıyıram uzun müddət Avropa ölkələrində işləyiblər, elə Amerikada oxuyub qayıdan bir qohumumu götürək, burda özlərinə yer tapa bilmədilər, yenə qayıdıb getdilər. Yaşam qaydaları, şərtləri fərqlidir. Mənə gəlincə, xaricdə çox olsam da, okeanın o tayına keçməmişəm. Böyük həvəslə gedərdim. Amma hara getsəm də yenə qayıdardım. Bakıdan kənarda yaşamağı təsəvvürümə gətirə bilmirəm. Mənə bura xoşdu. Belə baxıram, elə siz də burasız yaşaya bilmirsiniz. Duyğusal adamlar üçün qürbətdə həyat faciədir. Odur ki, vətənə xoş gəldiniz!
Ardı var...






























































































